Konqreslər Bürosunun sıraları genişlənir
Mədəniyyət və Turizm Nazirliyinin nəzdində ölkəmizdə işgüzar turizmin inkişafı üzrə strategiyanın həyata keçirilməsi məqsədilə yaradılan Azərbaycan Konqreslər Bürosunun üzvlərinin sayı artmaqda davam edir.
Ölkənin turizm bazarının aparıcı iştirakçılarını bir araya gətirən qurumun üzvləri sırasına "Tanay Baku" şirkəti də qoşulub.
Mehmanxanaların kosmetik məhsullarla təminatı sahəsində fəaliyyət göstərən "Tanay Baku" şirkəti Büroya tərəfdaş kimi üzv olub.
"Sadi Tanay
Collection" brendi 2008-ci ildə
İstanbul şəhərində
təsis edilib. Dünyanın 40-dan çox ölkəsində
fəaliyyət göstərən
"Tanay" hazırda
bir dünya brendidir. Şirkətin əsas prinsipləri
qənaətli həllərin
tapılması, fərdi
dizayn qabiliyyəti, dəqiq və vaxtında çatdırılma
və eyni zamanda etibarlılıq və davamlılıqdır.
2008-ci ildə ISO 9001-2000,
ISO 10002 (Müştəri Məmnuniyyəti
Sertifikatı), 2012-ci ildə
ISO 22716 GMP (Yaxşı İstehsalat
Təcrübəsi) ilə
mükafatlandırılıb.
Qeyd edək ki,
Azərbaycan Konqreslər Bürosunun fəaliyyət
sahəsinə məhz Azərbaycana irimiqyaslı beynəlxalq
tədbirləri cəlb etmək və ölkənin beynəlxalq
səviyyəli təyinat məkanı kimi
təbliği daxildir. Büronun
üzvlərinin sayı 22-yə çatıb.
Mədəniyyət.- 2015.- 30
yanvar.- S. 5.