Amerika dramaturqunun pyesləri Azərbaycan dilində

 

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin növbəti nəşri - Artur Millerin “7 pyes” kitabı işıq üzü görüb. “Tərcümə Mərkəzinin kitabları” seriyasında çapdan çıxan topluya görkəmli Amerika yazıçısı və dramaturqu, XX əsrin Şekspiri hesab olunan müəllifin ayrı-ayrı illərdə qələmə aldığı və yaradıcılığının müxtəlif istiqamətlərini ehtiva edən yeddi məşhur pyesi daxildir.

Artur Millerin (1915-2005) pyesləri dramaturgiya ilə nəsrin vəhdətində yazılıb. Əsərlərdəki dialoqlar obrazların daxili aləmini açmağa yönəlib. Demək olar ki, bütün pyeslərinin qəhrəmanları həyatda özünü tapa bilməyən, taleyin istehzasına tuş gəlmiş insanlardır.

Pyesləri Azərbaycan dilinə yazıçı-tərcüməçi Yaşar Əliyev çevirib.

 

Mədəniyyət.- 2016.- 1 aprel.- S. 15.