Yaponiya turizm şirkəti
ilə qarşılıqlı infoturlar
keçiriləcək
Moskvada keçirilən “Conde Nast Traveller Luxury Travel Fair” beynəlxalq sərgisi zamanı “Ata Travel” şirkəti ilə Yaponiyanın “H.İ.S. İnternational Tours.ru” şirkəti arasında əməkdaşlıq müzakirə edilib.
Görüşdə Azərbaycanın gözəl təbiəti, müalicəvi məkanları, zəngin tarixi, mədəniyyəti və mətbəxi, qonaqpərvərliyi haqqında ətraflı məlumat verilib. Danışıqların yekunu olaraq birgə əməkdaşlıq çərçivəsində qarşılıqlı infoturların keçirilməsi planlaşdırılıb. İlk olaraq Yaponiyanın turizm şirkətləri Azərbaycana infotura gələcəklər. “Excelsior Hotel Baku” hoteli infoturun tərəfdaşı kimi iştirak edəcək.
Qeyd edək ki, sərgidə Azərbaycanla
yanaşı, Rusiya, Ukrayna,
Belarus, Gürcüstan,
Qazaxıstan, Litva, Latviya
və Estoniyadan 800-dən artıq
qabaqcıl turizm sənayesi nümayəndəsi,
mehmanxana şəbəkələri və
assosiasiyaları, lüks hotel
və kurortları, konsyerj xidmətləri,
aviaşirkətlər və biznes-aviasiya,
tibbi və spa-klinikalar,
kruiz şirkətləri, turizm sahəsində eksklüziv
xidmətlər göstərən şirkətlər təqdim
olunub.
Mədəniyyət.- 2016.- 1 aprel.-
S. 9.