Musiqi və incəsənət məktəblərində
ustad dərsləri
Respublikanın uşaq musiqi və incəsənət məktəblərində təhsilin keyfiyyətinin yüksəldilməsi, müəllimlərin peşəkarlığının artırılması və onlara metodiki köməklik göstərilməsi məqsədilə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən mütəmadi olaraq müxtəlif ixtisaslar üzrə ustad dərsləri təşkil edilir. 2015-ci il ərzində zonalar üzrə ümumilikdə 77 musiqi və incəsənət məktəblərinin müəllim və şagirdləri üçün müvafiq ixtisaslar üzrə ustad dərsləri keçirilib.
Bu iş cari ildə
də davam etdirilir. Fevral ayında Lənkəran
şəhərində Lənkəran,
Astara, Lerik, Masallı və Yardımlı rayon uşaq
musiqi və incəsənət məktəblərində
ustad dərsləri təşkil edilib.
Martın
30-da isə Bakı və Xırdalan şəhərlərində paytaxtda,
Sumqayıt şəhərində
və Abşeron rayonunda fəaliyyət göstərən Ağdam,
Cəbrayıl, Füzuli,
Xocalı, Xocavənd,
Kəlbəcər, Qubadlı,
Laçın, Şuşa,
Zəngilan rayon uşaq
musiqi və incəsənət məktəblərinin
müəllimləri üçün
fortepiano, violin, tar, kamança, xanəndəlik, musiqi nəzəriyyəsi və
xor dirijorluğu ixtisasları üzrə ustad dərsləri keçirilib.
Dərsləri Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbi,
Bakı şəhər
R.Behbudov adına 2, R.Hacıyev adına 15, L. və M.Rostropoviçlər
adına 21 nömrəli
və Abşeron rayon Xırdalan şəhər
uşaq musiqi məktəblərinin təcrübəli
müəllimləri, tanınmış
musiqiçilər aparıblar.
Mədəniyyət.- 2016.- 1 aprel.- S. 5.