Milli Kitabxanada faciəyə həsr olunan kitab sərgisi

 

Martın 31-də M.F.Axundzadə adına Milli Kitabxanada Azərbaycanlıların soyqırımı gününə həsr olunmuş kitab sərgisinin açılışı oldu. Öncə soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

 

Kitabxananın direktoru Kərim Tahirov çıxış edərək 1918-ci ildə Bakı şəhərində Bakı quberniyasının müxtəlif şəhərlərində, eləcə Şamaxı Quba, Xaçmaz, Lənkəran, Salyan, Qarabağ, Naxçıvan, Zəngəzur digər bölgələrdə erməni daşnak bolşevik silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri qanlı qırğınlardan danışdı. Bildirdi ki, bu qırğınlar nəticəsində minlərlə soydaşımız qətlə yetirilib, yurd-yuvasından didərgin salınıb.

Diqqətə çatdırıldı ki, ümummilli lider Heydər Əliyevin 26 mart 1998-ci il tarixli fərmanı ilə 31 mart Azərbaycanlıların soyqırımı günü elan edilib. Bununla da uzun illər gizli saxlanılan həqiqətlər gün üzünə çıxıb, özünün əsl qiymətini alıb.

Sərgi çərçivəsində Dürdanə AğayevanınErməni zindanında səkkiz günkitabının təqdimatı da keçirildi. Müəllif çıxış edərək o qanlı-qadalı günlərdən danışdı. Xocalının işğalı zamanı erməni əsirliyində özünün digər soydaşlarımızın başına gətirilən müsibətlərdən söz açdı. D.Ağayeva kitabı iki ilə yazdığını bu müddətdə o müdhiş günləri bir daha yaşadığını dilə gətirdi: “Biz inanırıq ki, Qarabağ işğaldan azad ediləcək. Xalqımız öz haqq işi uğurunda apardığı mübarizədə qalib gələcək”.

Çıxışlardan sonra kitab sərgisinə baxış oldu. Sərgidə Nəsiman YaqubunBakının qurtuluşu”, Şəmistan Nəzirlinin “1920-ci ildə Qarabağ döyüşləri”, Fazil QaraoğlununErmənilər həqiqətlər”, Səbuhi HəsənovunAzərbaycan ordusu s. kitablar yer alıb.

 

Savalan Fərəcov

 

Mədəniyyət.- 2016.- 1 aprel.- S. 4.