Elmi-Metodik Mərkəzdə anım mərasimi
Martın 31-də Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəzdə “Azərbaycanlıların soyqırımı gününü unutmayaq” adlı anım mərasimi keçirilib.
Mərasimdə qeyd edilib ki, 1918-ci ilin mart
soyqırımı, Azərbaycan xalqına qarşı zaman-zaman həyata keçirilmiş
kütləvi qırğınlar, deportasiyalar
XX əsr tarixinin ən faciəli və dəhşətli
səhifələrindəndir. Sovet hakimiyyəti
illərində bu tarix
yaddaşlardan silinsə də, müstəqillik
dövründə, 1998-ci il martın 26-da
Prezident Heydər Əliyev bu
tarixə siyasi qiymət verən fərman
imzalayıb. Həmin gündən 31 mart tarixi Azərbaycanlıların
soyqırımı günü kimi qeyd olunur.
Mədəniyyət.- 2016.- 1 aprel.-
S. 3.