"Baku Guide" bələdçi
kataloqunun aprel sayında
Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə, "Mədəniyyət"
qəzetinin əlavəsi
olaraq nəşr edilən "Baku Guide" bələdçi
kataloqunun 2016-cı il aprel sayı çapdan çıxıb.
Azərbaycan, rus və ingilis dillərində hazırlanan nəşrin bu sayında 25-27 aprel tarixlərində Bakının ev sahibliyi edəcəyi BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu ilə bağlı materiallara xüsusi yer ayrılıb. Kataloqda Qlobal Forum, onun əhəmiyyəti haqqında ətraflı informasiya, beynəlxalq tədbir günlərində paytaxtın teatr və konsert müəssislərində, muzeylərdə keçiriləcək tamaşa, konsert və sərgilərin ayrıca proqram və afişası təqdim olunur.
Bələdçi kataloqunda 7-9 aprel tarixində paytaxtımızda 15-ci dəfə təşkil olunacaq Azərbaycan beynəlxalq “Turizm və səyahətlər” sərgisi (AİTF 2016) haqqında da dolğun məlumat verilir.
“Azərbaycan dünya
turizminin inkişaf etməkdə olan bir parçasıdır”. Bu fikri isə mart ayında Lüsern Dünya Turizm Forumunun Beyin Mərkəzinin Bakıda keçirilən toplantısında
iştirak etmiş Birləşmiş Millətlər
Dünya Turizm Təşkilatının baş
katibi Taleb Rifai bələdçi kataloquna müsahibəsində
deyib. O, dünya
və Azərbaycanda turizmin inkişaf perspektivləri, risklər
və imkanlar barədə mülahizələrini
nəşrlə bölüşüb.
Novruz bayramı
ərəfəsində Bakıya
gəlmiş əcnəbi
qonaqların təəssüratlarına
da kataloqda yer verilib. Bundan əlavə, iyun ayında baş tutacaq “Formula 1” üzrə
Avropa Qran-pri yarışmasının rəsmi
elçisi, iki dəfə dünya çempionu Fernando Alonsonun
“Bakı şəhər
halqası” treki və şəhərimiz barədə fikirləri ilə tanış
olmaq olar.
İl boyu sağlamlığının qeydinə
qalmaq, istirahətlə
sağlam həyat tərzini birləşdirmək
istəyənlər “Azərbaycanda
müalicə turizmi” yazısını oxuya bilərlər. “Azərbaycan mətbəxi” rubrikasında
isə bu dəfə əcnəbi oxucular səbzi qovurmalı plovun hazırlanma qaydası ilə tanış
olacaqlar.
Nəşrdə ənənəvi olaraq paytaxtın teatr və konsert müəssisələrinin, kino
nümayişi mərkəzlərinin
aprel ayı üçün olan afişası oxucuların
ixtiyarına verilib. Turistlər üçün
informasiya bölməsində
isə onları maraqlandıra biləcək
suallar ətraflı cavablandırılır. Şəhər turuna çıxmaq istəyənlər üçün
"Bakını "City sightseeng"lə
kəşf edin" yazısı maraqlı olacaq. Həmçinin
turizm agentləri, aviakassalar, hava yolları, şəhərdəki
hotel, restoran, ticarət
və əyləncə
məkanları haqqında
məlumatlar, avtomobil kirayəsi, fövqəladə
hallarda yardım almaq üçün çağrı mərkəzlərinin
əlaqə nömrələri
və s. kataloqda əksini tapıb.
Mədəniyyət.- 2016.- 6 aprel.- S. 16.