Bənövşətək
boynubükük...
Xalidə Əsəd
qızı Abdullayeva Sumqayıt şəhərində
anadan olub. 24 nömrəli
orta məktəbi bitirib.
Sumqayıt Kimya Texnologiya
Texnikumunda təhsil alıb. Orta məktəb illərindən sevincini, nisgilini,
arzularını misralara düzür,
sözlə həmdərd olur.
Kaş ki uşaq olaydım
Kaş ki uşaq olaydım,
Qayıdardım o ana.
Məni danlamaq üçün
Darıxmışam, ay ana.
Kaş ki uşaq olaydım,
Böyüməzdim heç zaman,
Arzuya çatmaq üçün
Həyat vermədi aman...
Kaş ki uşaq olaydım,
Qaçıb, qaçıb, yıxılıb,
Yenə qayıdıb evə
Anama sarılaydım...
O öpərdi yaramı,
Üzümü danlayardı,
Hamıdan gözəl məni
Tək anam anlayardı...
Bilirəm, mümkün deyil
Qayıtmaq o anlara,
Eh, nə xəyallar qurdum,
Bağışla məni, ana...
Vətən həsrəti
Məni
kim axtarıb,
arasa, deyin,
Yollarım bağlıdı, gözüm
yoldadı.
Elimdən, obamdan düşdüm
aralı,
Cismim burdadısa, qəlbim ordadı...
Hicran, üzün dönsün, belin bükülsün,
Gözlərdə qalmasın intizar yaşı.
Ah zalım ayrılıq, gözün tökülsün,
Hələ də axtarır
qardaş qardaşı...
Bənövşətək boynubükük,
dili lal
Kol dibində
bükülmüşəm, qalmısam.
Gözüm yolda, könlüm
vətən arzular,
Neçə ildir mən vətənsiz qalmışam.
Nə edim, əl atsam
çatmaz o taya,
Səslənsəm səsimi eşidənim yox.
Gərək göz yaşımı
qatım bu çaya
Vətən həsrətindən olum gözütox...
Bülbül
Sən oxusan, mən ağlaram,
Bilməm
kimə bel bağlaram,
Vətən deyib soraqlaram,
Sən vətəndən
oxu, bülbül.
Sən qonanda bir budağa,
Bağrım başı dönər
dağa,
Mənə qoydular qadağa,
Sən də gendən oxu, bülbül.
Bir bax, bağım xəzan oldu,
Qəmli
könlüm yazan oldu,
Sən oxudun, gözüm doldu,
Barı bəmdən oxu, bülbül.
Ömür gör nə tez ötüşdü,
Qismətə ayrılıq düşdü,
Yar yarın tapıb görüşdü,
Mənə eldən oxu, bülbül.
Həsrət çəkmək bizə düşdü,
Ya Rəbbim, bəs bu nə işdi,
Vətəndə yerim behiştdi,
Burda qəmdən oxu, bülbül.
Atam, babam, o taydadı,
“Vətən” deyib harayladı...
Bu həsrətin nədir adı,
Bilsən, zildən oxu, bülbül.
Mədəniyyət.- 2016.- 6 aprel.-
S. 13.