Bəhmən Mirzənin dua kitabı portreti

 

Milli İncəsənət Muzeyində qorunub saxlanan əlyazmalar arasında İran şahı Fətəli şah Qacarın nəvəsi şahzadə Bəhmən Mirzəyə aid olan dualar kitabı var. Kitabda ona məxsus kvadrat şəklində olan möhür vurulmuş kalliqrafik yazı iləŞah taxt-tacının yeganə incisi - Bəhmən. 1240(1824)” yazılmışdır. Kitab o zaman Fətəli şah tərəfindən saray kitabxanası üçün sifariş olunmuşdu.

İran taxt-tacının vəliəhdi, Abbas Mirzənin oğlu, Məhəmməd şah Qacarın qardaşı Bəhmən Mirzə 1842-1845-ci illərdə Cənubi Azərbaycanın hakimi olmuşdur. Bacarıqlı sərkərdə, müdrik siyasi xadim, şair kimi tanınırdı. Lakin sonralar saray çəkişmələrindən ona edilən sui-qəsddən qaçaraq, ailəsi ilə Tiflisə gəlir ruslardan sığınacaq istəyir. O, zəngin əlyazmalarını 95 dəvəyə yükləyərək özü ilə götürmüşdü. Çar hökuməti ona şaha layiq təqaüd kəsir Rusiyanın hər hansı bir yerində yaşamaq hüququ verir. Bəhmən Mirzə Şuşada yaşamaq istədiyini bildirir buraya köçür. 1880-ci ildə Bərdə şəhərindəki İmamzadə məzarlığında özü üçün 3 otaqdan ibarət türbə tikdirir. 1884-cü ildə vəfat edən Bəhmən Mirzə vəsiyyətinə uyğun burada dəfn edilir.

Hazırda Bəhmən Mirzənin kitabları Gürcüstan, Ukrayna, Rusiya, Fransa s. ölkələrdə saxlanılır. Azərbaycan İncəsənət Muzeyində Bəhmən Mirzə ilə bağlı daha bir əsər var ki, bu da onun italyan rəssamı Con Kozalini tərəfindən çəkilmiş portretidir.

 

Təranə İsgəndərova

Muzeyin Ekspozisiya şöbəsinin müdiri

 

Mədəniyyət.- 2016.- 6 aprel.- S. 12.