Bakıda lüks turizmlə bağlı növbəti görüş keçirildi

 

Aprelin 5-də “Fairmont Baku” hotelində Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Ukraynanın “Chance Travel Consulting” və Azərbaycanın “R&S Group” şirkətlərinin təşkilatçılığı ilə “Avropa səyahət bazarı” (“Baku Travel Bazaar Europe”) adlı işgüzar görüş keçirildi. Tədbirdə İsveçrə, Böyük Britaniya, Almaniya, Yunanıstan, İtaliya, Fransa, Monako və digər ölkələrin 50-dən çox termal kurortları, SPA hotelləri və klinikaları təmsil olunurdu.

 

“R&S Group” şirkətinin meneceri Aysel Mayılova qəzetimizə açıqlamasında bildirdi ki, tədbir Azərbaycanın turizm təmsilçilərinin müxtəlif ölkələrdəki yeni turizm istiqamətləri ilə tanış olması, eyni zamanda xarici nümayəndələrin Azərbaycanın istirahət imkanları haqqında məlumat alması məqsədilə təşkil olunub. Onun sözlərinə görə, tədbir Azərbaycanda lüks turizmin inkişafına zəmin yaradır. Çünki bu tədbirlərin iştirakçıları əsasən yüksək səviyyəli xidmət göstərən turizm obyektləridir.

Müsahibim əlavə etdi ki, müxtəlif mövzulara həsr edilən “Baku Travel Bazaaril ərzində bir neçə dəfə təşkil olunur. Bu il ikinci tədbir aprelin 21-də “Baku Travel Bazaar Wellness”, sentyabroktyabr aylarında isə “Baku Travel Bazaar Adventures”, “Baku Travel Bazaar Exotic” adları ilə reallaşacaq.

Qeyd edək ki, Bakıda Avropa səyahət bazarı kimi tədbirlərin keçirilməsi ölkəmizdə turizmin inkişafına müsbət təsir göstərərək, iştirakçıların potensial tərəfdaşlarla və müxtəlif istiqamətlər üzrə yeniliklərlə tanış olmasına imkan yaratmaq və əməkdaşlıq əlaqələrinin qurulması məqsədilə keçirilir. Lüks turizmdə qonaqların arzularına uyğun olaraq yüksək səviyyədə xidmətlər göstərilir. Bu turizm növü ilə məşğul olan şirkətlər qonaqlarını brend hotellər, özəl təyyarələr, yaxtalar, minik avtomobilləri ilə təmin edir. Yüksək səviyyəli xidmət göstərən turizm obyektlərində turistlərə asudə vaxtlarını daha maraqlı keçirmələri üçün xizək, qolf, dalğıc, idman avtomobil turları, paraşütdən tullanma, sörfinqs. yaddaqalan istirahət imkanları təqdim olunur.

Baku Travel Bazaar Europe” çərçivəsində görüşseminarlarla yanaşı, mükafatların təqdim ediləcəyi ənənəvi müsabiqə də keçirildi. Tədbir günün sonunadək davam etdi.

 

F.Hüseynov

 

Mədəniyyət.- 2016.- 6 aprel.- S. 9.