Bakıda “Gənc polyak sənədli fotoqrafiya festivalı” davam edir

 

Aprelin 1-də Bakıda “Gənc polyak sənədli fotoqrafiya festivalı” işə başlayıb.

Bu münasibətlə İçərişəhərdə açıq havadaPolyak fotoqrafiyasının izində” adlı sərgi açılıb. Sərgilənən işlər polyak fotoqraflarının İslandiya yazarları ilə birlikdə gerçəkləşdirdikləri layihə ilə bağlıdır. Sərgidə fotoqraflar Marta Berens, Lukaş Qrıko, Bartek Vajexa, Karina Lempkovskayanın əsərləri yer alır.

Aprelin 2-də Müasir İncəsənət Mərkəzində festivalın açılışı olub. Tədbirdə qeyd edilib ki, festivalın əsas məqsədi iki ölkə fotoqrafları arasında mədəni əlaqələr yaratmaqdır. Festival proqramında ustad dərsləri, sənədli filmlərin nümayişi, portfoliolara baxış və müzakirələrin keçirilməsi nəzərdə tutulub.

Festivalın Müasir İncəsənət Mərkəzində nümayiş olunan əsas fotosərgisi ‘IS(NOT)’ adlanır. Burada polyak fotoqrafları Rafal Milax, Aqneşka Rays, Adam Pançuk, Mixa Uçak, Yan Brıkdjinskinin İslandiya ilə bağlı fərdi təəssüratlarını əks etdirən fotolar yer alıb. Tədbirdə polyak fotokitablarının təqdimatı da keçirilib.

Aprelin 2-3-də adıçəkilən mərkəzdə yeni başlayan fotoqraflar üçün seminar keçirilib. Seminarda gənc fotoqraflara Rafal Milax, Aqneşka Rays, Adam Pançuk tərəfindən ustad dərsləri təşkil olunub.

Festival aprelin 10-dək kimi davam edəcək. Polşanın Mədəniyyət Milli İrs Nazirliyi tərəfindən dəstəklənən layihənin koordinatorları bu ölkədən Marzena Mixalek-Dabrovska, Azərbaycandan isə Məmməd Əliyevdir. Festivalın təşkilatçıları Sputnik Photos, Oculi Populi, Azərbaycan Fotoqraflar Birliyi, “People You May Know” qurumlarıdır.

 

Soltan

 

Mədəniyyət.- 2016.- 6 aprel.- S. 8.