“Hisslərin rənglərlə
ahəngi”
Aprelin 2-də “Yeni Gallery” Bakı İncəsənət Mərkəzində Samirə Hüseynovanın “Hisslərin rənglərlə ahəngi” adlı xeyriyyə satış-sərgisi açılıb.
Açılışda “Yeni Gallery” Bakı İncəsənət Mərkəzinin direktoru Rəfael Gülməmmədli və sənətşünas Kübra Əliyeva çıxış edərək balaca rəssama uğurlar arzulayıblar.
Bildirilib ki, Samirə Hüseynova 2002-ci ildə Mingəçevir şəhərində dünyaya gəlib. O, anadan osteoartroz, kantraktura, sağ aşağı ətrafın anamoliyası xəstəliyi ilə doğulub. Samirə ilk şəkilini 5 yaşında olarkən həkimi üçün çəkib, rəssamlığa isə 8 yaşında başlayıb.
Bu günədək onun beş böyük
sərgisi açılıb. Təşkil edilmiş
bu sərgi xeyriyyə xarakteri
daşıyır. Əsərlərin satışından əldə
olunacaq vəsait balaca
rəssamın müalicəsinə sərf ediləcək.
Mədəniyyət.- 2016.- 6 aprel.-
S. 8.