“Azərbaycanfilm”
kinostudiyasında Orxan Fikrətoğlunun yubileyi qeyd edilib
Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında tanınmış nasir, kinodramaturq və teleaparıcı Orxan Fikrətoğlunun 50 illiyi münasibətilə tədbir keçirilib. Tədbirdə kinostudiyanın əməkdaşları, yubilyarın həmkarları iştirak edib.
Kinostudiyanın direktoru Müşfiq Hətəmov çıxış edərək bildirib ki, Orxan Fikrətoğlu incəsənətin müxtəlif sahələrində çoxşaxəli və məhsuldar yaradıcılıq fəaliyyəti ilə məşğuldur. Onun ssenari müəllifi olduğu “Ümid”, “Yalan”, “Ərazi”, “Xalça nəğməsi” və s. filmlərin hər biri milli kinomuza bəxş etdiyi gözəl töhfələrdir. Kinostudiyanın fəxri diplomu yubilyara təqdim edilib.
Qeyd edək ki, Orxan Fikrətoğlu Dövlət Kino Komitəsində, “Azərbaycanfilm” kinostudiyasında, “Azərbaycantelefilm”də baş redaktor, “Mozalan” satirik kinojurnalında bədii rəhbər və direktor kimi məsul vəzifələrdə çalışıb.
L.Azəri
Mədəniyyət.- 2016.- 6 aprel.-
S. 7.