Xanəndəmiz
beynəlxalq müsabiqədə birinci olub
Əməkdar artist, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, Azərbaycan Milli Konservatoriyasının müəllimi Təyyar Bayramov Rusiya Federasiyasının Başqırdıstan Respublikasında keçirilən “Zov Urala” adlı xalq musiqi orkestr və ansambllarının beynəlxalq müsabiqəsində birinci yerə layiq görülüb.
Azərbaycan nümayəndə heyətinin tərkibində
Təyyar Bayramovla yanaşı, tarda Rəşad İbrahimov,
kamanda isə Təbriz Yusifov
yer alıb. Müsabiqəyə
Qazaxıstan, Qırğızıstan, Özbəkistan,
Türkmənistan, Tacikistan, Belarus, Rusiya
Federasiyasının vilayətləri və digər ölkələrdən
ümumilikdə 500 iştirakçı qatılıb.
Mədəniyyət.- 2016.- 6 aprel.-
S. 7.