“Polşalı memarlar Azərbaycanda”

 

Azərbaycanın Polşadakı səfirliyinin təşkilatçılığı ilə aprelin 1-də Varşava şəhər meriyasının binasında “Polşalı memarlar Azərbaycanda” adlı sərgi açılıb. Səfirlikdən bildiriblər ki, aprelin 15-dək davam edəcək sərgidə XIX əsrin sonu - XX əsrin əvvəllərində Bakıda çalışan polşalı memarlar Yuzef Qoslavski, Kazimej Skureviç, Yuzef PloşkoEuqeniuş Skibinski tərəfindən layihələndirilən binaların fotoşəkilləri nümayiş edilir. Sərgidə nümayiş olunan fotoşəkillərin müəllifi tanınmış Vüqar İbadovdur.

 

Mədəniyyət.- 2016.- 6 aprel.- S. 7.