İkinci həyat” - muzey əməkdaşları üçün sərgi-seminar

 

Mədəniyyət və Turizm Nazirliyinin Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi-Bərpa Mərkəzi tərəfindən mütəmadi olaraq muzey əməkdaşları üçün regional sərgi-seminarlar keçirilir.

Növbəti belə tədbir 29-31 mart tarixində Şəmkir rayonunda Heydər Əliyev Mərkəzində Gəncə, Şəmkir, Tovuz, Gədəbəy və Daşkəsən rayonlarında çalışan muzey əməkdaşları üçün keçirilib. Tədbirdə sözügedən şəhər və rayonlardakı Heydər Əliyev mərkəzləri və muzeylərin 50-dək əməkdaşı iştirak edib.

Elmi-Bərpa Mərkəzinin direktoru, Əməkdar mədəniyyət işçisi Zərifə Məlikova sərgi-seminarın məqsədi və əhəmiyyəti barədə iştirakçılara məlumat veribqurumun fəaliyyətini əks etdirən fotolardan ibarət slayd-şou təqdim edilib.

Mərkəzin əməkdaşları tərəfindən iştirakçılara mühazirələr oxunub, muzey əşyalarının bərpa və konservasiya prosesini əks etdirən videoçarxlar nümayiş olunub.

Seminar iştirakçıları bərpa olunmuş muzey əşyalarının fotolarından ibarət “İkinci həyat” adlı sərgi ilə tanış olublar. Mərkəzin əməkdaşları iştirakçıların suallarını cavablandıraraq, muzey əşyalarının qorunması, bərpa və konservasiyasına dair onlara məsləhət və tövsiyələr veriblər. İştirakçılara tövsiyə xarakterli metodiki vəsaitlər və bukletlər təqdim edilib.

 

Lalə

 

Mədəniyyət.- 2016.- 6 aprel.- S. 6.