Azərbaycanla
Körfəz ölkələri arasında əməkdaşlıq
inkişaf edir
Mədəniyyət və turizm naziri Qətərin paytaxtı Dohaya səfərə gedib
Aprelin 3-də mədəniyyət və turizm
naziri Əbülfəs Qarayevin
rəhbərlik etdiyi nümayəndə
heyəti Azərbaycan Respublikası və Körfəz ölkələri
arasında mədəniyyət və turizm
sahələrində əməkdaşlığın
genişləndirilməsi və intensivləşdirilməsi məqsədilə
Qətər Dövlətinin
paytaxtı Doha şəhərinə səfərə
gedib.
Səfər zamanı Azərbaycanın turizm potensialının təqdimatı keçirilib və bununla bağlı mətbuat konfransı təşkil edilib.
Təqdimatda ölkəmizin turizm imkanları nümayiş olunub, reklam çarxları göstərilib, iştirakçılara sağlamlıq, ovçuluq, qış turizmi növləri ilə bağlı çap məhsulları paylanıb.
Nazir Əbülfəs Qarayev çıxışı zamanı qeyd edib ki, Azərbaycan Körfəz ölkələrindən gələn turistlərin sayının artmasında maraqlıdır. Nazir region ölkələrinin səyahət həvəskarlarını Azərbaycana dəvət edib.
Tədbirdən sonra Qətərin İslam Muzeyi ilə tanışlıq keçirilib, XVIII əsrin sonundan başlayaraq yüz ildən artıq İranda hakim sülalə olmuş Azərbaycan-türk soylu Qacarlara həsr edilmiş sərgi nümayiş olunub.
Qeyd edək ki, Azərbaycan Respublikası və Körfəz ölkələri arasında əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə mədəniyyətin və turizmin təbliği, təşviqi Mədəniyyət və Turizm Nazirliyinin fəaliyyətində prioritet istiqamətlərdəndir.
Məlumat üçün bildiririk ki, bu istiqamətdə 2011-ci ildən nazirliklə “Atlantis Holidays” şirkəti arasında müqavilə bağlanıb və müqaviləyə əsasən Körfəz ölkələrində Azərbaycanın turizm potensialı təbliğ edilir. Bununla yanaşı, həmin ölkələrin vətəndaşlarının viza rəsmiləşdirilməsi cari ildən etibarən Heydər Əliyev adına Beynəlxalq Hava Limanında sadələşdirilmiş şəkildə həyata keçirilməyə başlanıb. Bu da Körfəz ölkələrindən Azərbaycana turist axınının artmasına səbəb olub.
Səfər zamanı həmçinin
Körfəz ölkələri ilə mədəniyyət və
turizm sahələrində
qarşılıqlı əməkdaşlıq məsələlərinin
müzakirə olunması ilə əlaqədar ikitərəfli
görüşlər də keçirilib.
Mədəniyyət.- 2016.- 6 aprel.-
S. 2.