Gənc
vokalçının növbəti uğuru
Bakı şəhər G.Şaroyev adına 35 saylı onbirillik musiqi məktəbinin X sinif şagirdi Elyar Əliyev 24-27 mart tarixində Rusiyanın Saratov şəhərində “Yeni nəsil” Uşaq və gənclərin yaradıcılığına dəstək fondu tərəfindən keçirilən VI beynəlxalq müsabiqə-festivalda iştirak edib.
Müsabiqədə MDB ölkələrindən, eləcə də Bolqarıstan, Macarıstan, Çexiya və Latviyadan gənc vokalçılar yarışıb.
Elyar müsabiqədə rus bəstəkarı A.Draqomijskinin “Mne qrustno” romansını, “Tornato Sorento” italyan mahnısını və Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasından Süleymanın ariyasını ifa edib. Dahi Üzeyir bəyin ölməz əsəri tamaşaçılarla yanaşı, münsiflərin də alqışları ilə qarşılanıb.
Müsabiqə-festivalın təqdimat mərasimində
təmsilçimizə II dərəcəli diplom
təqdim olunub. Xatırladaq ki, Elyar Əliyevin müəllimi
İlham Nəzərovdur. Münsiflərin
qərarına əsasən məktəbin direktoru
Yusif Vəliyevə təşəkkür
məktubu göndərilib.
Mədəniyyət.- 2016.- 8 aprel.-
S. 13.