ADMİU-nun tələbələri
Bartında beynəlxalq teatr festivalına
qatılıblar
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri martın 28-dən 31-dək Türkiyənin Bartın şəhərində keçirilən 22-ci beynəlxalq teatr festivalında iştirak edib.
“Sənətlərin birləşməsi” proqramı çərçivəsində keçirilən festivalda universitetin teatr sənəti fakültəsinin 4-cü kurs tələbəsi Şamil İbrahimovun quruluşunda Cəmilə Axundova, Afiq Tağıyev və Şamil İbrahimovun rol aldığı A.Çexovun “Təklif” əsərinin tamaşası təqdim olunub. Tamaşa çox maraqla qarşılanıb.
Festivala İraq,
Polşa, İsveçrə və digər
xarici ölkələrdən müxtəlif
profilli teatrlar, eləcə
də Türkiyənin şəhərlərindən bir çox teatrlar qatılıb. Tələbələr
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət
Universiteti və Bartın Mədəniyyət
Sənət Dərnəyi arasında bağlanmış
müqavilə və “Sənətlərin birləşməsi”
proqramı çərçivəsində ustad
dərslərində və yaradıcılıq
emalatxanalarında iştirak ediblər.
Mədəniyyət.- 2016.- 8 aprel.-
S. 13.