Mətbu bir titr:

 

“Sənət dünyasına “Ögey anadan doğulub, həyat dünyasından “Fəryad”la getmiş Ceyhun Mirzəyev...”

 

O, on iki yaşında yaratdığı fenomenalögey oğul” obrazı ilə “doğma” (bunudoqmakimioxumaq olar) statuslu bütün yaşıdlarından, ən azı, bir baş irəli keçdi.

Sənət tariximizə böyük azyaşlı aktyornakam rejissor kimi düşmüş bu kinoçu o vaxt bu əbədi “İsmayıl”ı yaratmaqla, məncə, bütün ədəbi yazı-pozuçuları adekvat tərif-təqdir baxımından borclu qoyub getdi...

 

Deyim ki, mən bizim buazman ekranbala”mızı hələ də dünya kinosunda çəkilmiş bütün uşaq-aktyorların komandanı hesab etmədəyəm. Bu məqamda, onun, bir vaxtlar müttəfiq respublikaları bütün kultural sahələrdə belə “filialhesab edən sovet “velikorus”larının “İnsanın taleyi” filmindəki həmkarını xüsusi xatırlatmaq istərdim. Gəlin bir anlığa, atası ilə “dağ partlatmaq” səfərindən məhrum edilən İsmayılın “vay-şivən”ini xəyalımızda audio-videolayaq və...

Bəli, 1958-ci ildə ekranlara çıxan “Ögey ana”nın İsmayılı, bir il sonra çəkilən (dəhşətli müharibənin vəhşətli mənzərələrinin son dərəcə ustalıqla şəkilləndirildiyi) “İnsanın taleyi”indəki fenomen həmyaşıdına - qeyri-adi ac-yalavac ehtiraslı sümsünüşü, “Poluturka” kabinəsində, mühərrikin vahiməli hərb-zərb tırtıllarına bənzər tırıltıları fonunda yad bir sürücüyə ürəkdağlayıcı, ecazkarPa-paa!..” çığırtısı ilə tamaşaçını heyrətə gətirən Vanyuşaya belə yenmədi!..

Onun - vur-tut, 47 illik bioloji, 37 sənəlik yaradıcı ömür-bioqrafiyasında 87 vahidli filmoqrafiya irsinə sahib olması faktı da ayrıca bir yaradıcı-obraz assosiasiyası yaratmırmı?..

Onun özü də yaratdığı obrazlar kimi idi -

 

Bənzərsiz...

 

Bu adamın həyat və yaradıcılıq dünyasına, ətrafı ilə diri-dinamik münasibət, məişəti-işgüzari hal-hərəkət aləminə yaxından bələd olanlar arasında onu mənəvi atoma bənzədənlər də var. Biri deyir, Ceyhun sonralar yaradıcı təfəkkürcə çox böyüsə də, tərtəmizlik, günahsızlıq, fədakarlıq, ilahi sadəlövhlük və digər müsbət keyfiyyətləriycə, ömrünün sonunadək İsmayıl olaraq qaldı. Öz sənət arzu-istəklərinin heç yarısından belə yarımağa macal tapa bilməmiş bu adamın maraqlı ekspromt replikamüdrik deyimlərindən (məsələn, “hər tanıdığına əllə, tanımadığına dillə kömək elə”, “harda - orda baş” və s.) danışanlar var. Hər şeydə həqiqət, hər sənət nüansında təbiilik tərəfdarı olmuş bu adamla bağlı belə bir işgüzari (sahəvi) söhbət də eşitmişəm ki, “Fəryad” filminin çəkilişində Ceyhun tərəf-müqabil “erməni”lərə deyib “məni doğruçu döyün”, o zalımlarsa onu əməlli-başlı şil-küt eləyiblər. Həmin çəkilişdən sonra isə, bərk ağrılar yaşayan Ceyhuncan ay şəhid, yaralı qardaşlar, can ay paralı Vətən!” - deyə pıçıldayıb...

 

O “paralı Vətən” ki -

 

Ceyhun Mirzəyev 1946-cı ilin 9 aprelində onun o gözəl guşələrinin birində - Ağdamın Abdal-Gülablı kəndində doğulub.

Azərbaycan Dövlət İncəsənət İnstitutunun rejissorluq fakültəsini bitirənə və sonrakı Moskva təhsilinədək bu fitri istedad, doğal od parçası artıq məşhur aktyor ad-sanında idi. “Görüş” filmində uşaq rolunu (Şıxəlinin oğlu) oynayanda hələ 10 yaşı yox idi. On iki yaşında isə, yuxarıda dediyim kimi, milli kinematoqrafik “azmanbala”lığa - “Ögey ana”dakı məşhurluğa dəvət alır...

Ali təhsil pilləsini də çıxan Ceyhun Mirzəyev kinostudiyada müxtəlif peşələrdə (assistent, rejissor köməkçisi, aktyor) çalışır, müstəqil rejissor kimi filmlər çəkir. O dövrdə daha məşhur olmuş satirik kinojurnal üçün neçə-neçə süjetin (hətta jurnalın başlanğıcında səslənən canlıdan da canlı arı vızıltısının) müəllifi olmuş bu istedadlı gənc sonda həmin “Mozalan”ın bədii rəhbəri olub. Son dərəcə güclü parodiyaçılıq, bir dəfə söhbət etdiyi adamın səsini, danışıq tərzini heyrətamiz dərəcədə yamsılamaq qabiliyyəti olan bu universal fenomendən ehtiyat edib özünü yığışdıranlar da az olmayıb.

Ceyhun Mirzəyevin çəkildiyi, quruluş verdiyi və digər görəvlərlə iştirak etdiyi filmlər, çoxluğu ilə bahəm, öz mövzu və adları ilə diqqəti çəkir: “Axırıncı aşırım”, “Bəyin oğurlanması”, “Bir məhəllədən iki nəfər”, “Bakıda küləklər əsir”, “İşarəni dənizdən gözləyin”, “Dəli Kür”, “Haray”, “Yenilməz batalyon”, “Yol əhvalatı” və s. Hər birində də biri-birindən maraqlı xatirələr, acılı-şirinli əhvalatlar, gülüş-gümüşlü söhbətlər... Və bu yerdə, təbii ki, onun sonuncu işi olan “Fəryad” filminin quruluşçu operatoru Kənan Məmmədovun xatirələri əsas olmaqla, dost və həmkarlarından -

 

Eşidib-oxuduqlarımdan...

 

Kənan Məmmədov: Bu günə qədər Qarabağ savaşı haqqında bir çox filmlər çəkilib, lakin məncə, “Fəryad”dan yaxşısı yoxdur. Çünki bu filmdə bütün digər fərdi, toplummilli talelərlə birgə, Qarabağ dərdini ürəyinin ən dərin guşələrinədək həkk etmiş Ceyhun Mirzəyev var! Bu film, tək elə quruluşçu operator olduğumçün yox, daha çox məhz buna görə mənimçün çox əzizdir. Çox-çox təəssüflər ki, unudulmaz Ceyhunumuz bu gözəl filmi izləyə bilmədi”...

Bir gün Ceyhun kinostudiyanın dəhlizində ürəyi istəyən bir neçə həmkarını görür və dərdini açır. Deyir, Qarabağ haqqında bir ssenari var, amma bunun bir qəribəliyi də var; “Ögey ana”dakı anadan yetim İsmayılla bugünkü savaşımızdakı ana torpaqdan ayrı düşmüş döyüşçü İsmayılı xəyali vəhdətdə vermək istəyirəm. Xeyli geniş söhbətdən sonra da Kənan Məmmədovu yanlayır ki, bəs, gəl bu filmi birgə çəkək. Bu məşhur operator da ssenarini (müəllif Vaqif Mustafayev) oxuyub, bəyənir, lazımi adamlar görüşüb müzakirələr aparırlar və filmin start mərhələsinə başlayırlar.

Sınaq çəkilişlərində Fəxrəddin Manafov da iştirak edib və deyilənlərə görə, çox da gözəl alınıb. Lakin günlərin bir günü Vaqif Mustafayev və Kənan Məmmədov görüşündə təklif olunub ki, Ceyhun da sınaq çəkilişlərinə dəvət edilsin. Quruluşçu operator çox təəccüblənib ki, Ceyhun (yəni boyu bəstə, kilo baxımından ağır və s.) o rol üçün çox da uyğun deyil. Amma elə o gün C.Mirzəyev bildirib ki, filmə özü çəkilmək istəyir. Çəkilişlər başlayır, nəticə çox gözəl alınır. Onun daxili iztirabları, düşüncələri büsbütün həqiqətə bənzəyir.

Vaxtilə Ceyhun Mirzəyevin doğulduğu yurdda çox olmuş quruluşçu operator deyir: “Abdal-Gülablı ermənilər tərəfindən işğal ediləndə Ceyhun çox sarsılmışdı. O həmin hadisələri bütün çəkiliş situasiyalarında da təkrar-təkrar xatırlayır, bəzi məqamları rol üçün deyil, özü üçün yaşayırdı.

1993-cü ilin yanvarı. Filmin natura çəkilişləri. “Murovdağın ətəyinə təzə qar yağıb. Hamıdan xahiş etdim ki, qar üstdə heç bir gəzinti olmasın. Çəkiliş üçün Naftalandan Xocalı qaçqınlarını dəvət etmişdik. Onlara anlatdıq ki, öz dəhşətləriniz barədə film çəkirik. Kaş görəydiniz onlar bu təklifi necə ciddi qəbul etdilər! Hamı öz geyimində həmin təzə qar üstə toplaşdı. Mən kameraya baxa-baxa, əlimdə meqafonla onları qar üstündə - hərəsini bir formada “səpələyərkən”, dəhşətli bir hönkürtü eşitdim. Çevriləndə Ceyhunu gördüm. Soruşdum ki, niyə ağlayırsan, dedi: “Bu saat bu insanlar “Xocalı” dəhşətini yenidən yaşayırlar...”

Onu bu dünyadan qəfil aparan da o dərd oldu. 1993-cü ilin 5 martı. Fəryad”ın çəkilişləri bitib. Televiziyada isə Ceyhun Mirzəyev haqqında veriliş hazırlanır. Verilişin montajının necə aparıldığını görmək üçün telestudiyaya gedir orada ürəyi tutur. Təcili yardım gələnə qədər keçinir.

Bir neçə aydan sonraFəryadekranlara çıxır. 1994-cü ildə quruluşçu rejissor aktyor C.Mirzəyev (ölümündən sonra) "Humay" mükafatına layiq görülür...

 

Tahir Abbaslı

 

Mədəniyyət.- 2016.- 8 aprel.- S. 12.