"Şahdağ" Turizm Mərkəzində
yay mövsümünə
hazırlıqlar başlanıb
"Şahdağ" Turizm Mərkəzi qış mövsümünü bağlı elan edib. Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində olan mərkəzdə qış mövsümü ənənəvi olaraq dekabr ayından aprel ayına kimi davam edir. Bu mövsüm ərzində turizm mərkəzini 75 mindən çox turist ziyarət edib.
Mərkəzin əsas məqsədlərindən biri də Azərbaycanda xizəksürmənin və qış idman növlərinin inkişafına nail olmaqdır. Buraya üz tutanların 40 faizi məhz xizək sürmək üçün gələn həvəskarlardır.
"Şahdağ" Turizm Mərkəzinin tanıdılması və əcnəbi turistlərin cəlb edilməsi məqsədilə bu mövsüm ərzində də mühüm addımlar atılıb, xarici turizm şirkətləri üçün infoturlar təşkil olunub. Mərkəz Moskvada keçirilən beynəlxalq turizm sərgisində iştirak edib. Artıq yay mövsümü üçün hazırlıqlara start verilib.
İyun ayından sentyabr ayına kimi davam edəcək yay mövsümünün
açılışınadək mərkəzdə fəaliyyət
göstərən hotellər qonaqların ixtiyarında olacaq. Xüsusilə sağlamlıq və bərpaedici
proqramlar əsasında beynəlxalq dərəcəli
mütəxəssislərin çalışdığı
SPA xidməti mövsümlərarası dövrdə
qonaqların rahatlığı üçün
ən uğurlu seçim
ola bilər.
Mədəniyyət.- 2016.- 8 aprel.-
S. 9.