“Azərbaycanın
təbiət və memarlıq möcüzələri”
Kitab-albomda maraqlı turistik
məlumatlar da yer alıb
AMEA-nın prezidenti,
akademik Akif Əlizadənin rəhbərliyi
və ümumi redaktəsi ilə “Azərbaycanın təbiət
və memarlıq möcüzələri” kitab-albomu
çapdan çıxıb. Kitab-albomu
AMEA-nın akademik Həsən Əliyev adına Coğrafiya
İnstitutu ilə Memarlıq və İncəsənət İnstitutu
birgə hazırlayıb.
400-dən artıq fotoşəkil,
açıqlama və
turistik məlumatdan ibarət kitab-albom AMEA-nın 70 illiyi münasibətilə hazırlanıb
və 500 tirajla nəşr olunub.
Azərbaycanın füsunkar gözəlliklərini
- əsrarəngiz təbiət
mənzərələrini və
onlarla ahəngdarlıq
yaradan memarlıq incilərini əks etdirən bu nəşrdə ölkəmizin
təbii-coğrafi bölgələri
- Böyük Qafqaz, Kür-Araz, Kiçik Qafqaz, Lənkəran və Naxçıvanın
təbii möcüzələri
ayrıca fəsillərdə
oxuculara təqdim edilir.
Kitab-albom ölkəmizə gələn
turistlər üçün
də çox faydalıdır.
Mədəniyyət.- 2016.- 8 aprel.- S. 9.