“Şəhidlər
ölməz, Vətən bölünməz”
Aprelin 5-də Qazax rayon Mədəniyyət mərkəzində Mədəniyyət və Turizm Şöbəsinin tabeliyində olan müəssisələrinin işçilərinin iştirakı ilə “Şəhidlər ölməz, Vətən bölünməz” adlı tədbir keçirilib.
Şöbənin müdiri Valeh Vəliyev, MKS-nin direktoru Solmaz Babanlı, Tarix-diyarşünaslıq muzeyinin direktoru G.Alişanova və digər çıxış edənlər cəbhə xəttində baş verən hadisələrdən, əsgərlərimizin rəşadətindən və hərbi vətənpərvərlik məsələsində mədəniyyət işçilərinin qarşısında duran vəzifələrdən danışıblar.
Şəhid Fidat Məmmədovun bacısı, kitabxanaçı Hicranə Məmmədova lazım gələrsə, cəbhəyə getməyə hazır olduğunu, şəhidlik zirvəsinə ucalmağı özünə şərəf hesab etdiyini bildirib, Xalq şairi Zəlimxan Yaqubun “Tanrım, məni şəhid elə” şeirini söyləyib.
* * *
Ağsu rayonunda ordumuzun qazandığı uğurları tariximizin şanlı səhifəsi kimi qeyd etmək məqsədilə tədbir təşkil edilib. Tədbirdə iştirak edən rayon rəhbərliyi, Qarabağ müharibəsi əlilləri, ictimaiyyət nümayəndələrinin qatıldığı toplantıda çıxış edənlər ölkə Prezidentinin qətiyyətli siyasətini, qəhrəman hərbçilərimizi, Silahlı Qüvvələrimizi dəstəklədiklərini, Vətən yolunda savaşa hazır olduqlarını bildiriblər.
* * *
Bakı şəhərində müvəqqəti yerləşən Laçın Rayon Mədəniyyət və Turizm Şöbəsində də cəbhədə baş verən son olaylarla bağlı tədbir keçirilib. Milli Ordumuzun Qarabağ ətrafında son uğurları geniş müzakirə edilib, şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilərək ruhlarına dualar oxunub.
* * *
Astara rayon
Mərkəzi kitabxanasında cəbhə xəttində baş vermiş hadisələrilə
bağlı tədbir keçirilib. Tədbirdə MKS-nin direktoru Tural Eyvazov, Mədəniyyət və Turizm Şöbəsinin məsləhətçisi
Vüsal Babayev, İcra Hakimiyyətinin məsləhətçisi
Əliağa Novruzov, kitabxanaçı,
şairə Sakitə Əliyeva və digər
çıxış edənlər Milli Ordumuzun əsgərlərinin qəhrəmanlığından
söz açıblar. Qeyd olunub ki,
ordumuz işğal edilmiş ərazilərimizi geri
qaytarmağa hazır olduğunu
nümayiş etdirtdi
və biz bununla böyük fəxarət hissi
keçiririk.
Mədəniyyət.- 2016.- 8 aprel.-
S. 7.