Müdafiə Nazirliyi sosial şəbəkə
istifadəçilərinə müraciət edib
Müdafiə Nazirliyinin mətbuat xidməti facebook sosial şəbəkəsinin istifadəçilərinə müraciət edib. Nazirliyin mətbuat xidmətindən bildiriblər ki, artıq bir neçə gündür nazirliyin rəsmi facebook səhifəsi fəaliyyətə başlayıb. Səhifənin yaradılmasında məqsəd nazirliyin məlumatlarını ictimaiyyətə operativ şəkildə çatdırmaqdır.
“Bununla yanaşı, sosial şəbəkədə Müdafiə Nazirliyinin adından saxta
profillər yaradılır. Rəsmi olaraq
bildiririk ki, səhifəsindən
başqa yaradılan səhifələrin heç birinin Müdafiə
Nazirliyinə aidiyyəti yoxdur və orada yayılan məlumatlar nazirliyin
mövqeyini əks etdirmir”.
Mədəniyyət.- 2016.- 8 aprel.-
S. 7.