Teatrlarda Silahlı Qüvvələrimizlə
həmrəylik toplantıları
İşğal olunmuş ərazilərdə
erməni silahlı birləşmələrinin təxribat əməllərinə
Azərbaycan Ordusu tərəfindən
layiqincə cavab verilməsi, Azərbaycan
Respublikasının Prezidenti, Ali Baş Komandan
İlham Əliyevin göstərdiyi qətiyyət
Lənkəran Dövlət Dram
Teatrının kollektivi tərəfindən
sevinc
hissi ilə qarşılanıb.
Bu münasibətlə keçirilən toplantıda çıxış edən teatrın direktoru Tofiq Heydərov bildirib ki, bu uğurlu əməliyyat sayəsində işğal olunmuş torpaqların bir hissəsi azad olunub, düşmənin xeyli sayda canlı qüvvəsi və hərbi texnikası məhv edilib.
Tədbirdə düşmənlə ölüm-dirim mübarizəsində şəhid olmuş hərbi qulluqçularının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Toplantıda çıxış edən xalq artistləri Böyükxanım Əliyeva, Qabil Quliyev, əməkdar artistlər Təvəkkül Əliyev, Adil Zeynalov, Sücəddin Mirzəyev və digərləri cəbhə bölgəsində əsgərlərimizin qəhrəmanlığı, xalq-dövlət birliyinin gücü-qüdrəti ilə torpaqlarımızın tamamilə azad olunacağına inandıqlarını qeyd ediblər.
* * *
Aprelin 5-də Sumqayıt Dövlət Dram Teatrında da cəbhədəki vəziyyətlə bağlı iclas olub. Teatrın direktor İslam Həsənov, baş rejissor, Əməkdar artist Firudin Məhərrəmov, şəhid qardaşı Rövşad İlyasov, əməkdar artistlər İlahə Səfərova, Ulduzə Nəsir, Yeganə Məmmədvəliyeva, direktor müavini Vidadi Məmmədov, truppa müdiri Zöhrəli Əliyev, Sədaqət Nuriyeva, Xatirə Süleymanova, Nərmin Səfərova və digər çıxış edənlər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli addımını dəstəklədiklərini vurğulayıblar.
Qeyd olunub ki, ürəyi Vətən eşqi ilə döyünən igid hərbçilərimizin rəşadəti hamımızın qəlbini qürur hissi ilə doldurur. Teatrın truppası da cəbhə bölgəsində qəhrəman əsgərlərimizə mənəvi dəstək verməyə, hərbi hissələrdə vətənpərvərlik ruhlu tamaşalar göstərməyə hazırdır. Milli Ordumuzun döyüş bölgəsində göstərdiyi şücaət bizi bir daha əmin edir ki, qələbə bizimlədir.
* * *
Cəbhə bölgəsində yerləşən Füzuli Dövlət Dram Teatrında da toplantı keçirilib. Döyüş tapşırıqlarını yerinə yetirən zaman qəhrəmancasına şəhid olmuş hərbçilərin, həyatlarını itirmiş mülki şəxslərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Teatrın direktoru, Əməkdar mədəniyyət işçisi Vaqif Vəliyev çıxış edərək Ermənistan işğalçı qüvvələrinin növbəti təxribatına ordumuzun layiqli cavab verdiyini, ermənilərin ətraf rayonları nəzarətdə saxladıqları yüksəkliklərin şücaətli əsgərlərimiz tərəfindən azad edildiyini bildirib: “Son günlər baş verən hadisələr bir daha sübut edir ki, biz güclü ordumuz sayəsində torpaqlarımızı hərb yolu ilə geri qaytarmağa qadirik”.
Teatrın baş rejissoru Asif Şirinov, Məryəm Məmmədova, İntizar Quliyeva, Əli Hüseynov və digərləri şəhidlərimizə
rəhmət diləyərək, Azərbaycan
bayrağının bütün Qarabağda dalğalanacağına əminliklərini
bildiriblər.
Mədəniyyət.- 2016.- 8 aprel.-
S. 6.