Bəstəkarlarımız
Qarabağ cəbhəsindəki qələbəni
ruh yüksəkliyi ilə
qarşılayıb
Azərbaycan bəstəkarları və musiqişünasları Silahlı Qüvvələrimizin Qarabağ cəbhəsində erməni işğalçılarına layiq olduqları cavabı verməsini böyük ruh yüksəkliyi ilə qarşılayıblar. Bu barədə Azərbaycan Bəstəkarlar İttifaqının bəyanatında bildirilir.
Qeyd olunur ki, ən çətin illərdə bəstəkarlarımız xalqımızın cəsarətini və vətənpərvərlik duyğularını tərənnüm edən əsərlər yaradıblar. Onların yaradıcılığında Qarabağ hadisələrinə həsr olunan operalardan, simfoniyalardan, oratoriyalardan, kantatalardan mahnılara və hərbi marşlara qədər müxtəlif janrlara aid əsərlərə rast gəlmək olar.
Vasif Adıgözəlovun “Natəvan”, Firəngiz Əlizadənin “İntizar” operaları, Ramiz Mustafayev, Oqtay Rəcəbov, Azər Dadaşovun oratoriya və kantataları, Azər Rzayev, Tofiq Bakıxanov, Cəlal Abbasov, Sərdar Fərəcovun simfoniya və simfonik poemaları, o cümlədən Tahir Əkbər, Yaşar İmanov, Azər Dadaşov, Eldar Mənsurov, Azad Zahid və digər bəstəkarların yazdıqları mahnı və hərbi marşları buna misal göstərmək olar.
Azərbaycan bəstəkarları
və musiqişünasları həmişə doğma xalqla birgə və
ölkə rəhbərliyinin yanında olmağı özünün müqəddəs borcu hesab edir
və bildirir ki, istənilən
vaxt istənilən
çağırışlara Azərbaycan xalqının humanistliyini və vətənpərvərliyini
tərənnüm edən yaradıcılıq nümunələri
ilə cavab verməyə
hazırdırlar.
Mədəniyyət.- 2016.- 8 aprel.- S. 6.