ATMU Türkiyə universitetləri ilə əməkdaşlığı genişləndirir

 

Türkiyənin Kahramanmaraş Sütçü İmam Universitetinin prorektoru İsmayıl Bakan Azərbaycan TurizmMenecment Universitetində (ATMU) olub.

Tədris işləri üzrə prorektor Eldar Aslanovla görüşdə ATMU-nun Türkiyənin nüfuzlu universitetləri, eləcə də müvafiq təşkilatları ilə işgüzar əməkdaşlıq münasibətləri barədə fikir mübadiləsi aparılıb. Mövlanə Mübadilə Proqramı çərçivəsində ATMU-nun tərəfdaş universitetlərlə tələbə və müəllim mübadiləsi sahəsində fəaliyyətinə daha çox diqqət ayrılıb. Qarşılıqlı razılaşmaya əsasən, növbəti tədris ilindən ATMU-nun Mövlanə Mübadilə Proqramı çərçivəsində Kahramanmaraş Sütçü İmam Universiteti ilə bir sıra istiqamətlərdə əlaqələrin qurulması nəzərdə tutulur. Tərəflər magistratura təhsili pilləsində də əməkdaşlıqda maraqlı olduqlarını bildiriblər.

 

Mədəniyyət.- 2016.- 8 aprel.- S. 5.