“Mədəniyyət
və gənclərimiz” mövzusunda debatlar
Aprelin 6-da Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəzin təşkilatçılığı ilə Ucar rayon Heydər Əliyev Mərkəzində mədəniyyət işçiləri arasında ilk dəfə debatlar keçirilib.
"Mədəniyyət və gənclərimiz" mövzulu debatlarda Ucar, Ağdaş, Göyçay, Zərdab və Kürdəmir rayonlarından olan 80-dən artıq mədəniyyət işçisi iştirak edib.
Tədbirdə rayon İcra Hakimiyyətinin əməkdaşı Məhəmməd Bayramov, Mədəniyyət və Turizm Şöbəsinin müdiri Alı Babayev, Göyçay Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Sahib Şükürov, Elmi-Metodik Mərkəzin direktoru Asif Usubəliyev, mərkəzin şöbə müdirləri Sənan Talıbov, Məzahir Qarayev və Fərhad Abdulov iştirak ediblər.
Mərkəzin direktoru
Asif Usubəliyev mədəniyyət
işçiləri arasında debatların keçirilməsinin
zəruriliyini qeyd edərək gənclərin
fikirlərini sərbəst şəkildə ifadə etməsində,
müxtəlif problemlərin həllində və əməkdaşlarda
peşəkarlıq keyfiyyətlərinin artmasında
açıq müzakirələrin təşkil
olunmasının vacibliyini
vurğulayıb. “Mədəniyyət və gənclərimiz”
mövzusunda keçirilən debat “Hərbi vətənpərvərlik”, “Müasir mədəniyyət işçisinin
peşəkarlıq meyarları" və "Mədəniyyətin
turizmə inteqrasiyası" panelləri ilə davam edib.
Mədəniyyət.- 2016.- 8 aprel.-
S. 5.