İran universiteti Milli Kitabxana ilə əməkdaşlıq etmək
istəyir
Aprelin
6-da M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov İranın Payam Noor Universitetinin
nümayəndə heyəti
ilə görüşüb.
Direktor kitabxana haqqında qonaqlara ətraflı məlumat verib, son illər yaradılan yeni imkanlar, iş prosesinin avtomatlaşdırılması barədə
danışıb, qonaqları
maraqlandıran sualları
cavablandırıb.
Universitet
haqqında məlumat verən prorektor Atosa Vaziri Payam
Noor tədris ocağının İranda
ən iri ali məktəblərdən
biri olduğunu bildirib. Qeyd olunub ki, universitet və filiallarında 4 min nəfər
elmi heyət olmaqla ümumilikdə 8
min işçi çalışır.
O, universitetin zəngin
kitabxanasından söz
açıb, gələcəkdə
Azərbaycanın ən
iri kitabxanası ilə də əməkdaşlıq etmək
arzusunda olduqlarını
söyləyib.
Hər iki kitabxananın kitabxanaçıları üçün
treninqlərin, telekonfransların
keçirilməsinin də
maraqlı ola
biləcəyi diqqətə
çatdırılıb. Sonda qonaqlara xatirə hədiyyələri
təqdim edilib.
Mədəniyyət.- 2016.- 8 aprel.-
S. 4.