Dünyanın turizm təmsilçiləri yenə Bakıda görüşür
15-ci dəfə keçirilən Azərbaycan beynəlxalq “Turizm və səyahətlər” sərgisinə 29 ölkə və ümumilikdə 300-dən çox şirkət qatılıb
Aprelin 7-də Bakı Ekspo
Mərkəzində 15-ci Azərbaycan beynəlxalq “Turizm və səyahətlər” (AİTF-2016)
sərgisinin açılış mərasimi keçirildi.
Mədəniyyət və Turizm
Nazirliyinin dəstəyi, “İteca
Caspian” və onun tərəfdaşı
“İTE Group plc”
şirkətlərinin təşkilatçılığı
ilə gerçəkləşən ənənəvi sərgi
Xəzəryanı regionda turizm
sənayesinin ən böyük tədbiri
sayılır. Bu il
yubileyini qeyd edən
AİTF Birləşmiş Millətlərin Dünya
Turizm Təşkilatı (UNWTO) və Asiya-Sakit Okean Turizm Assosiasiyası (PATA) tərəfindən
dəstəklənir.
Turizm sənayesinin inkişafı
prioritet istiqamətlərdən
biridir
Açılış mərasimində
çıxış edən
mədəniyyət və
turizm naziri Əbülfəs Qarayev
AİTF sərgisinin artıq
15 ildir turizm sənayesi üzrə beynəlxalq görüş
platforması kimi regionda lider olduğunu diqqətə çatdırdı: “İldən-ilə
bu sərgiyə maraq artır. Biz bunu iştirakçıların
sayının hər il artmasında
da görə bilərik. Dünyada iqtisadi cəhətdən
müəyyən problemlərin
olmasına baxmayaraq, turizm sənayesi inkişaf etməkdədir.
Ölkəmizdə də bu sahədə böyük işlər görülür.
Turizm Azərbaycan iqtisadiyyatının
qeyri-neft sektorunda prioritet istiqamətlərdən
biridir. Hər il bu sərgini Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev ziyarət edir və bununla turizm sənayesinin inkişafına diqqət və qayğısını
nümayiş etdirir. Təsadüfi deyil ki, Dünya İqtisadi Forumunun
(DİF) 2015-ci il üçün
“Səyahət və Turizm Rəqabətliliyi Hesabatı”nda Azərbaycan
141 ölkə arasında
insan resursları və əmək bazarı göstəricisinə
görə 36-cı yerdədir.
Hazırda turizm sənayesi
ölkə üzrə
ümumi daxili məhsulun 4 faizini təşkil edir. Azərbaycanda 250-dən çox turizm şirkəti və 570-dən çox yerləşdirmə yerləri
fəaliyyət göstərir.
Son 10 il ərzində
ölkəmizə gələn
turistlərin sayı
5 dəfədən çox
artıb”.
Nazir qeyd etdi ki,
Azərbaycan turizminin dünya ölkələrində
daha geniş tanıdılması üçün
böyük təbliğat
işləri görülür:
“Bizim ərəb ölkələri üzrə
təmsilçiliyimiz var
idi. Həmçinin Avropa ölkələri
üzrə Almaniyada təmsilçiliyimiz fəaliyyət
göstərir. Bu il eyni zamanda
daha iki yeni - Türkiyə və Rusiyada turizm təmsilçiliyimizi
açmışıq. Ölkəmizə xarici turistlərin daha rahat şəkildə
səfər etmələri
üçün elektron
turist vizalarının
verilməsi sahəsində
də müvafiq işlər həyata keçirilir. İndi əcnəbi
vətəndaşlar bu
turist vizalarını
ən geci 5 gün ərzində elektron qaydada əldə edirlər.
Eyni zamanda Azərbaycan turizminin marketinq strategiyasına uyğun olaraq, turistlərin cəlb olunması baxımından prioritet hesab olunan ölkələrin
vətəndaşları üçün
hava limanlarında sadələşdirilmiş qaydada
viza verilir və ölkələrin coğrafiyasının genişləndirilməsi
nəzərdə tutulur”.
Əbülfəs Qarayev qeyd etdi
ki, hazırda Azərbaycanda turizm sənayesinin inkişafı
üçün yeni proqramlar, yeni layihələr icra olunur. Turizm haqqında yeni
qanun layihəsi Milli Məclisdə müzakirə olunmaqdadır.
Nazir dövlət başçısının sərəncamı
ilə yaradılan Azərbaycan Turizm və Menecment Universitetinin bu sahədə ali
təhsilin daha yüksək səviyyəyə
qaldırılması üçün
əhəmiyyətini də
diqqətə çatdırdı.
Bakı Turizm Peşə Məktəbi və Mingəçevir Turizm Kollecində də sahə üzrə ixtisaslı kadr hazırlığının
aparıldığını dedi.
“AİTF
2016” barədə fikirlərinə
davam edən Əbülfəs Qarayev bildirdi ki, sərgi
ötən illərdə
regionun müasir turizm bazarının ümumi mənzərəsini
əks etdirməklə
yanaşı, dünyanın
müxtəlif guşələrinin
koloritini təqdim edən beynəlxalq sərgi statusunu daha da möhkəmləndirib:
“Azərbaycan bu gün böyük beynəlxalq tədbirlərin
məkanına çevrilib.
Ölkəmiz son illər
bir çox mədəniyyət, idman və digər sahələr üzrə beynəlxalq tədbirlərə,
o cümlədən ənənə
halını almış
Dünya Mədəniyyətlərarası
Dialoq və Bakı Beynəlxalq Humanitar forumlarına layiqincə ev
sahibliyi edir. Aprelin 25-dən 27-dək keçiriləcək
Birləşmiş Millətlər
Təşkilatı (BMT) Sivilizasiyalar
Alyansının 7-ci Qlobal
Forumuna və 17-19 iyun tarixində gerçəkləşəcək “Formula 1” Avropa Qran-pri yarışına da yüksək səviyyədə
hazırlıq görülür.
Azərbaycan 2017-ci ildə
İslam Həmrəylik
Oyunlarına ev
sahibliyi edəcək.
Belə mötəbər beynəlxalq
tədbirlərin keçirilməsi
ölkəmizin dünyada
artan nüfuzunu bir daha sübut
edir. Həyata keçirilən böyük tədbirlər
turizm sənayesinin inkişafına da müsbət təsirini göstərir”.
Əbülfəs Qarayev son günlər cəbhə bölgəsindəki
hadisələrə də
toxunaraq Ermənistanın
işğalçı qüvvələrinin
təxribatlarının qarşısının
layiqincə alındığını
vurğuladı. Bildirdi ki, bu cür halların baş verməsi Azərbaycan turizm sənayesinin inkişafının
qarşısını ala bilməz.
Azərbaycan xalqının qonaqpərvərlik
və tolerantlıq ənənələri hər
zaman ölkəmizə
gələn hər bir turistin diqqətini
cəlb edir. Turizm məqsədilə Azərbaycana səfər etmək istəyən bütün xarici turistlərin rahat, təhlükəsiz istirahəti
üçün hər
cür şərait
var. 15-ci dəfə təşkil
olunan Azərbaycan beynəlxalq “Turizm və səyahətlər”
sərgisinin də bu ənənələrin
nümayişi üçün
böyük imkanlar açdığını dilə
gətirən nazir sərginin işinə uğurlar arzu etdi.
“Budəfəki sərgi də maraqlı anları ilə yadda qalacaq”
“İTE
Group plc” şirkətinin icraçı
direktoru Edvard Stroon çıxış
edərək tədbirə
qatılmasından məmnunluğunu
bildirdi, “AİTF 2016” sərgisi
haqqında ətraflı
məlumat verdi.
Bildirdi ki, sərginin iştirakçıları arasında
turoperatorlar, milli turizm təşkilatları,
hotel şəbəkələri, sanatoriyalar, müalicəvi
və spa mərkəzləri,
idman və ekoloji turizm obyektləri var.
Diqqətə çatdırıldı ki,
sərgidə 29 ölkə
öz milli stendi ilə iştirak edir. O cümlədən
Türkiyə, Belarus, Bolqarıstan,
Gürcüstan, Dominikan
Respublikası, Hindistan,
İndoneziya, İran,
İspaniya, Tailand, Xorvatiya, Serbiya, Monteneqro, Çexiya və Ukrayna öz ölkələrinin
turizm potensialını
və koloritini parlaq şəkildə nümayiş etdirmək məqsədilə milli pavilyonlarını qurublar.
Ümumilikdə sərgiyə
300-dən çox şirkət
qatılıb: “Budəfəki
sərgi də maraqlı anları ilə yadda qalacaq. Hesab edirəm ki,
növbəti illərdə
bu sərgiyə gələnlərin sayı
daha da artacaq.
Azərbaycanda keçirilən beynəlxalq tədbirlər
bu sərginin daha da genişlənməsi
üçün şərait
yaradır”.
Edvard Stroon vurğuladı ki, sərgi stendlərində
tibbi turizm və Bakıda keçiriləcək “Formula 1” Avropa Qran-prisi barədə də maraqlı məlumat veriləcək. Həmçinin ilk dəfə olaraq
İçərişəhər Ənənəvi İncəsənət
Mərkəzinin keramika,
zərgərlik, batika
kimi əl işləri nümayiş
olunur.
Çıxışlardan sonra nazir və digər
rəsmilər sərginin
ekspozisiyası ilə
tanış oldular.
Əbülfəs Qarayev və qonaqlar Mədəniyyət
və Turizm Nazirliyinin dəstəyi və “Mədəniyyət”
qəzetinin əlavəsi
olaraq nəşr edilən “Baku Guide” kataloqunun,
nazirliyin “Mədəniyyət.AZ”
jurnalının nümayiş
olunduğu stendlərə
də baxdılar.
Qeyd edək
ki, sərgi aprelin 9-dək davam edəcək. Ekspozisiya sərginin ilk iki
günü yalnız peşəkarlar, ayın
9-da eyni zamanda turizm həvəskarları
üçün də
açıqdır.
Fariz Hüseynov
Mədəniyyət.- 2016.- 8 aprel.-
S. 3.