“Arşın mal alan”ın Tbilisidə premyerasının 100
illiyi qeyd olunub
Gürcüstandakı M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyində Azərbaycan professional musiqisinin banisi, dahi Üzeyir Hacıbəylinin ölməz “Arşın mal alan” musiqili komediyasının Tbilisi şəhərində premyerasının 100 illiyinə həsr olunmuş tədbir keçirilib.
Muzeyin Şota Rustaveli adına Dövlət Teatr və Kino Universiteti ilə birgə təşkil etdiyi tədbirdə Azərbaycanın bu ölkədəki səfirliyinin, Gürcüstanın Mədəniyyət və Abidələrin Mühafizəsi Nazirliyinin əməkdaşları, teatr, kino xadimləri, tanınmış opera müğənniləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Muzeyin direktoru Leyla Əliyeva iki ölkə arasında mədəni əlaqələrin tarixindən söz açıb, “Arşın mal alan” musiqili komediyasının dünya mədəniyyətində xüsusi yerini vurğulayıb.
Şota Rustaveli adına Gürcüstan Dövlət Teatr və Kino Universitetinin rektoru, professor Giorgi Dolidze iştirakçılara Üzeyir Hacıbəylinin həyat və yaradıcılığı, “Arşın mal alan” komediyası barədə ətraflı məlumat verib, dahi bəstəkarın yaradıcılığına qonşu ölkədə də böyük qiymət verildiyini bildirib.
Tbilisi şəhərinin meri David Narmaniya, teatr və mədəniyyət xadimləri Otar Baxtadze, Otar Marianiya və başqaları çıxış edərək Azərbaycan mədəniyyətinin nümunələrindən danışıb, bu cür tədbirlərin mədəni əlaqələrin inkişafında əhəmiyyətini qeyd ediblər.
Sonra milli
geyimdə səhnəyə çıxan
Gürcüstanın opera müğənniləri
“Arşın mal alan”
komediyasından müxtəlif parçalar
ifa ediblər.
Mədəniyyəıt.- 2016.- 13
aprel.- S. 16.