Tərtərdə Milli Qəhrəmana həsr olunmuş filmin nümayişi

 

Aprelin 8-də Tərtər rayon Mədəniyyət mərkəzində Mədəniyyət və Turizm NazirliyininYaddaş” sənədli filmlər studiyasında lentə alınan Azərbaycanın Milli Qəhrəmanları Elman Hüseynov və Əlyar Əliyev haqqında “İlk komandir” və “Pəhləvan komandir” filmlərinin nümayişi olub.

Azərbaycanın ərazi bütövlüyü və torpaqlarımızın azadlığı uğrunda canını fəda etmiş qəhrəman övladlarımızın keçdiyi şərəfli döyüş yolu ilə insanları yaxından tanış etmək məqsədi daşıyan mərasim nazirliyin hərbi-vətənpərvərlik işinin gücləndirilməsinə dair müvafiq tədbirlər planına uyğun olaraq təşkil edilib.

Nümayişdən əvvəl çıxış edən filmin rejissoru Nizami Abbas ekran əsərinin ərsəyə gəlməsindən danışıb. Daha sonra çıxış edən Milli Qəhrəman Elman Hüseynovun döyüş yoldaşı Pənah Məmmədov və oğlu Emin Hüseynli öz xatirələrini iştirakçılarla bölüşüb. Tədbirdə rayon mədəniyyət işçiləri, Qarabağ müharibəsi veteranları, rayon Ağsaqqallar Şurasının üzvləri iştirak edib.

 

Mədəniyyət.- 2016.- 13 aprel.- S. 15.