Görkəmli alim və dövlət xadimi
Aprelin 8-də Ağsu rayon Mərkəzi kitabxanasında görkəmli alim və tanınmış ictimai-siyasi xadim, akademik Vəli Axundovun 100 illiyinə həsr olunmuş dəyirmi masa keçirilib. Tədbirdə V.Axundovun həyat yolundan və fəaliyyətindən bəhs edilib.
Qeyd olunub
ki, V.Axundov 1959-1969-cu
illərdə Azərbaycana rəhbərlik edib,
ölkəmizdə milli kadrların
yetişdirilməsində böyük xidmətlər
göstərib. O, eyni zamanda
tibb alimi kimi respublikada səhiyyə
işinin təşkilinə töhfələr
verib, müxtəlif orden
və medallara layiq görülüb.
Mədəniyyət.- 2016.- 13
aprel.- S. 15.