Kitab ən gözəl nemətdir

 

Quba rayon MKS-nin Mərkəzi kitabxanasında 2 aprel - Beynəlxalq Uşaq Kitabı Günü münasibətilə səhərcik keçirilib. Tədbiri giriş sözü ilə Uşaq şöbəsinin müdiri Zərəfşan Yasinova açaraq kitabsevərlərə təbriklərini çatdırıb.

Oxu zalının müdiri Rima Seyfullayeva bildirib ki, kitab dünyada mövcud olan ən gözəl nemətdir. O bizim həyatımızı asanlaşdırır, bir çox çətinliklərin öhdəsindən gəlməyə yardım edir. Sonda fəal oxuculardan Fidan İbadova, Nurcan Allahverdiyeva, Hüseyn Əsgərov, Ülvi Əliyev, Zəhra Səmədova, Gültən Əsədova, Elvin Məmmədov və başqaları kitaba aid şeirlər söyləyiblər.

 

Mədəniyyət.- 2016.- 13 aprel.- S. 15.