Xalq şairinin
yubileyinə həsr olunan şeir
gecəsi
Qazax rayon MKS-nin Yuxarı Salahlı kənd kitabxana filialının təşkilatçılığı ilə Səməd Vurğunun Poeziya evində böyük şairin 110 illiyinə həsr olunmuş “Vurğun öldü deməyin...” adlı şeir gecəsi keçirilib.
Tədbiri giriş
sözü ilə kitabxana
filialının müdiri Tamam
Cəfərova açaraq Səməd Vurğunun həyat və
yaradıcılığı haqqında məruzə ilə
çıxış edib. 2 saylı kitabxana filialının müdiri
Məktubə Qocayeva və məktəbin
müəllimi Aytac Bayramova
Xalq şairinin dillər
əzbəri olan əsərlərindən
söz açıblar. Şagirdlər şairin şeirlərini söyləyiblər.
Sonda “Səməd Vurğun
- 110“ adlı kitab sərgisinə
baxış keçirilib.
Mədəniyyət.- 2016.- 13
aprel.- S. 15.