Azərbaycanlı yazıçının əsəri Türkiyədə səhnələşdirilir

 

Yazıçı-dramaturq Firuz Mustafanın “Müqəvva” pyesi İstanbul şəhərində “Oda” teatrında nümayiş olunacaq. Müəllif bildirib ki, monodram janrında yazılmış əsər indiyəcən ölkəmizin bir çox teatrlarında öz uğurlu səhnə həyatını yaşayıb.

Əsəri Kəmalə Kamalqızı (Nəbibəyova) səhnəyə qoyacaq. O, tamaşanın rejissorubaş rolun ifaçısıdır.

Müəllif bildirib ki, “Oda” teatrı 1990-cı ildən fəaliyyət göstərir. Bu sənət ocağında Kaan Erkam, Levent Tayman, Niyazi GezerBeste Hoşses kimi tanınmış sənətkarlar çalışır.

 

Mədəniyyət.- 2016.-  13 aprel.- S. 13.