Hərbçilərimizlə daha bir görüş Tərtər rayonunda gerçəkləşdi

 

Aprelin 10-da Mədəniyyət və Turizm Nazirliyinin və Müdafiə Nazirliyinin təşkilatçılığı ilə Tərtər rayonunda yerləşən N saylı hərbi hissədə xidmət keçən əsgərlər üçün bir qrup incəsənət ustasının iştirakı ilə konsert proqramı təşkil olunub.

Azərbaycan Ordusuna dəstək nümayiş olunan konsert proqramında aparıcı Murad Arif, müğənnilər Azad Şabanov, Elnur Məmmədov, Kamilə Nəbiyeva, Samir Cavadzadə, Natavan Həbibi milli vətənpərvərlik ruhunda musiqilər ifa ediblər. Həmçinin xanəndə İlkin Əhmədovun ifasında xalq mahnıları, muğam və təsniflər səsləndirilib. Onu tarda Sahib Paşazadə, kamançada Toğrul Əsədullayev və nağarada Emin Cəbrayılov müşayiət ediblər.

Tədbirin keçirilməsində Bərdə Rayon Mədəniyyət və Turizm Şöbəsinin əməkdaşları yaxından köməklik göstərib.

 

Mədəniyyət.- 2016.- 13 aprel.- S. 6.