“Planetlər, ulduzlar, göy
qurşağı”
Uşaq Kitabxanasında ədəbi-bədii kompozisiya
F.Köçərli adına Respublika Uşaq Kitabxanasının xidmət şöbəsinin təşəbbüsü ilə paytaxtın Binəqədi rayonundakı 244 saylı məktəbin 2e şagirdlərinin ifasında 12 aprel - Kosmonavtika Gününə həsr olunmuş “Planetlər, ulduzlar, göy qurşağı” adlı ədəbi-bədii kompozisiya təqdim edilib.
Tədbirdəki rəngarənglik o qədər göz oxşayıb ki, sanki bir anlığa bütün göy cisimləri uşaq kitabxanasına qonaq gəlib. Uşaqlar kainatın sirləri haqqında maraqlı faktlar danışıblar, bu bilgiləri hər zaman böyük həvəslə gəldikləri Respublika Uşaq Kitabxanasındakı olan kitablardan oxuduqlarını söyləyiblər.
Günəşlə bağlı nağıl səhnəciyi göstərilib, göy cisimlərinə həsr olunmuş mahnılar ifa olunub. Kitabxananın direktoru Şəhla Qəmbərova çıxış edərək bildirib ki, uşaqların kainat, Günəş sistemi haqqında bu qədər məlumatlı olmağı bizi çox sevindirir. Mütaliə etmək sizin elmi idrakı cəhətdən inkişafınıza nə qədər kömək edir.
Tədbir Abdulla Şaiqin “Hamımız bir
günəşin zərrəsiyik” şeirinin
səslənməsi ilə başa
çatıb. Sonda xatirə şəkilləri
çəkdirilib.
Mədəniyyət.- 2016.- 15 aprel.-
S. 15.