Kitabxana əməkdaşları
yaralı hərbçilərə baş
çəkiblər
Bu gün Azərbaycan
xalqının ürəyi cəbhə xəttindəki qəhrəman
oğullarının yanındadır. Son
günlər hərbçilərimizin işğalçı
qoşunlarla döyüşlərdə
göstərdiyi rəşadət hər kəsdə ordumuzla iftixar hissini gücləndirib.
Belə bir şəraitdə gənclərin vətənpərvər ruhda tərbiyə olunması xüsusilə aktualıq kəsb edir. Azərbaycan tarixində olmuş qəhrəmanlar kimi, bugünkü real qəhrəmanlar, igid əsgərlərimiz, şəhidlik zirvəsinə ucalan vətən oğullarının keçdiyi yol gənclər üçün həyat məktəbidir.
Səbail rayon MKS-nin 3 saylı filialının əməkdaşları və oxucuları aprelin 13-də Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında olub, cəbhədə gedən döyüşlərdə yaralanan əsgərlərlə görüşüblər.
Kitabxana əməkdaşları yaralı əsgərlərə
maraqlı kitablar təqdim edib,
məktəbli oxucular vətəni vəsf
edən şeirlər söyləyiblər. 49 saylı intellekt liseyinin 4-cü sinif şagirdi Amil Həbiblinin Vətən haqqında
söylədiyi şeirlər və 35 saylı musiqi
məktəbinin 10-cu sinif şagirdi
Ülvi İsmayılzadənin ifa etdiyi musiqi
nömrələri əsgərlərin ürəyincə olub, onlara xoş
anlar bəxş edib.
Mədəniyyət.- 2016.- 15
aprel.- S. 15.