Səməd Vurğunun ev-muzeyində üç
kitabın təqdimatı
Səməd Vurğunun ev-muzeyində böyük şairin Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə çap edilmiş “Azərbaycan” tarixi poemasının (1935, müəllifin avtoqrafı olan əlyazma əsasında ilk dəfə nəşr edilib), nəvəsi Aygün Vəkilovanın tərtib etdiyi “Aybəniz” kitabının fransızcaya tərcümə olunmuş yeni variantının və AMEA-nın müxbir üzvü Nizami Cəfərovun “Səməd Vurğun və Səmədoğlular” kitabının təqdimatı keçirilib.
Tədbirdə professor Nizami Cəfərov, filologiya üzrə fəlsəfə doktorları Aslan Salmansoy, İradə Musayeva və başqaları çıxış edərək şairin yaradıcılığından söz açıblar.
Şairin nəticəsi, Prezident təqaüdçüsü Vurğun Vəkilov S.Raxmaninovun
əsərini fortepianoda ifa
edib, "Aytam" İctimai Birliyi üzvlərinin
ifasında şairin şeirləri səsləndirilib.
Mədəniyyət.- 2016.- 15
aprel.- S. 14.