Buktreyler festivalının münsiflər heyəti müəyyənləşib

 

Mədəniyyət və Turizm Nazirliyinin təşkilati dəstəyi ilə ölkəmizdə ilk dəfə keçirilən buktreyler festivalının münsiflər heyətinin tərkibi açıqlanıb. Münsiflər heyətinə Xalq yazıçısı Çingiz Abdullayev, kinodramaturq, Əməkdar incəsənət xadimi Ramiz Fətəliyev, rejissorlar Elxan Cəfərov və Ülviyyə Könül, kinooperator Nadir Mehdiyev və layihənin təsisçisi aktyor Ruslan Sabirli daxildir.

Festivala təqdim olunan buktreylerlər hər münsif üzvü tərəfindən ayrılıqda qiymətləndiriləcək, sonra onların verdiyi bal toplanaraq qaliblər müəyyənləşəcək.

Buktreyler - bədii əsərin ən parlaqyaddaqalan anlarını özündə əks etdirən videoçarxya kitabın məzmunundan bəhs edən qısametrajlı filmdir. Buktreylerin əsas vəzifəsi oxucuda kitaba maraq oyatmaqdır.

Festivalın qalibləri 23 aprel - “Dünya kitab və müəllif hüquqları günü”ndə Nizami Kino Mərkəzində elan olunacaq.

 

Mədəniyyət.- 2016.- 15 aprel.- S. 10.