Çinin turist bazarı Azərbaycan üçün cəlbedicidir

 

Xəbər verdiyimiz kimi, aprelin 12-dən 14-dək ölkəmiz Çinin paytaxtı Pekində keçirilən “COTTM-2016” səyahət turizm sərgisində təmsil olunub.

 

Bu il 12-ci dəfə keçirilən sərgiyə dünyanın 70-dək ölkəsindən 400-dək turizm, aviasiya nəqliyyat şirkətləri, mehmanxana şəbəkələri qatılıb. Sərginin məqsədi xaricə səfər edən Çin turistləri üçün müvafiq xidmətlərin göstərilməsi ilə bağlı işgüzar əlaqələrin yaradılmasıdır. Birləşmiş Millətlər Dünya Turizm Təşkilatının məlumatına əsasən, son 4 ildə xarici ölkələrə turist kimi ən çox səfər edənlərin sayına görə çinlilər birinci yerdədir. Ötən il bu ölkədən 120 milyondan çox insan xaricə turist səfəri edib.

Çinin xarici turist potensialını nəzərə alan Azərbaycanın Mədəniyyət Turizm Nazirliyi ölkəmizi sərgidə növbəti dəfə təmsil edib. Sərgidə ölkəmizin turizm potensialının təbliğ olunması məqsədilə 39 kvadratmetr sahədə milli pavilyon qurulub. Nazirliklə yanaşı, bir neçə turizm şirkəti Azərbaycan Hava Yolları” (AZAL) milli pavilyonda ölkəmizin turizm imkanlarını təqdim edib. Azərbaycanın turizm potensialına, tarixi mədəni abidələrinə, milli mətbəxinə, habelə turizm üçün vacib olan digər məsələlərə dair ingilis Çin dillərində reklam-çap məhsulları nümayiş olunub.

Mədəniyyət Turizm Nazirliyi Turizm şöbəsinin sektor müdiri Mahir Qəhrəmanov bildirib ki, Çinin turist bazarı Azərbaycan üçün cəlbedicidir. Bu cür sərgilərdə iştirak etməklə daha çox turisti ölkəmizə cəlb etməyi düşünürük. Azərbaycan hökumətinin Çin vətəndaşları üçün viza rejimini sadələşdirməsi bu ölkədən olan turistlərin Azərbaycana səfər imkanlarını yaxşılaşdırmaq məqsədi daşıyır. Bura turistlər üçün həm elektron viza, həm cari il fevralın 1-dən tətbiqinə başlanılan Azərbaycanın bütün beynəlxalq statuslu hava limanlarında turist vizalarının rəsmiləşdirilməsi daxildir.

 

Mədəniyyət.- 2016.- 15 aprel.- S. 9.