ATMU-da amerikalı professorun
seminarı
Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) “Azərbaycan Sosial İş” İctimai Birliyinin təşkilatçılığı ilə ABŞ-ın Fulbrayt proqramı çərçivəsində “Sosial xidmətlərin yaradılması” mövzusunda seminar təşkil olunub.
Birləşmiş Ştatların Çikaqo şəhərində fəaliyyət göstərən Dominikan Universitetinin professoru, sosial iş üzrə tanınmış mütəxəssis Letisia Villarreal-Sosanın keçirdiyi seminarda ATMU-nun müvafiq ixtisas üzrə bakalavr və magistratura pilləsində təhsil alan tələbələri və müəllimlər iştirak edib.
Seminarda “Azərbaycan Sosial İş” İB-nin icraçı direktoru Lamiyə Rzayeva da tələbələrin suallarını cavablandırıb.
Qeyd edək ki,
bu ilin sonunadək professor Villarreal-Sosanın ölkəmizə daha iki səfəri nəzərdə
tutulur. Bu səfərlər
çərçivəsində ATMU-nun sosial iş üzrə təhsil
alan tələbələri üçün müxtəlif seminar və təlimlərin təşkili
planlaşdırılır.
Mədəniyyət.- 2016.- 15
aprel.- S. 9.