Regionlarda informasiya-kommunikasiya
texnologiyalarının inkişafı
Elmi-Metodik Mərkəzin növbəti tədbiri Cəlilabadda keçirilib
Aprelin 13-də Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəzin təşkilatçılığı ilə Cəlilabad rayonunda informasiya-kommunikasiya texnologiyalarının (İKT) regionlarda inkişafı ilə bağlı səyyar seminar keçirilib.
Tədbiri rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Rəşad Salmanov açaraq, səyyar seminarın keçirilməsi təşəbbüsünü yüksək qiymətləndirib, rayondakı mədəniyyət müəssisələri, onların kompüter təchizatı və tətbiqi səviyyəsi haqqında məlumat verib.
Elmi-Metodik Mərkəzin İnnovasiyalar və yeni texnologiyaların tətbiqi şöbəsinin əməkdaşı, metodist Pərvanə Hüseynova mərkəzin strukturu, internet saytı, sosial şəbəkələrdəki səhifələri, eləcə də “Gənc mədəniyyət işçilərinin koordinsiya kreativ qrupu” haqqında təqdimat edib. Həmin şöbənin baş metodisti Toğrul Hidayətzadə rayon mədəniyyət müəssisələrində İKT-nin tətbiqi imkanları, avadanlıq və proqram təminatları haqda danışıb.
Sonra informasiya-kommunikasiya
texnologiyaları mövzusu ətrafında
müzakirələr aparılıb,
iştirakçıların sualları
cavablandırılıb.
Mədəniyyət.- 2016.- 15
aprel.- S. 7.