Nazir Rusiya kütləvi informasiya vasitələrinin nümayəndələri ilə görüşüb

 

Media mənsublarına ölkəmizin turizm imkanları barədə ətraflı məlumat verilib

 

Aprelin 13-də mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Bakı Konqres Mərkəzində ölkəmizdə səfərdə olan Rusiya kütləvi informasiya vasitələrinin nümayəndələrini qəbul etdi.

 

İlk olaraq nazir 25-27 aprel 2016-cı il tarixində Bakıda keçiriləcək BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu ilə bağlı qonaqlara məlumat verdi, mötəbər beynəlxalq tədbirə yüksək səviyyədə hazırlıq görüldüyünü diqqətə çatdırdı.

Bildirildi ki, ölkəmizdə tarixən tolerantlıq və multikulturalizm mühiti bərqərar olub və Azərbaycan bu mühitin saxlanılması, inkişaf etdirilməsi məqsədilə BMT, UNESCO, İSESCO və digər beynəlxalq qurumlarla əməkdaşlıq edir, layihələrə qatılır. Azərbaycanda müxtəlif millətlərin, dinlərin və mədəniyyətlərin nümayəndələrinin sərbəst yaşamaları üçün bütün zəruri şərait yaradılıb. BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun Bakıda keçirilməsi də dünya ölkələrinin Azərbaycandakı multikultural mühitə olan münasibətinin real ifadəsidir.

Əbülfəs Qarayev ölkəmizin turizm imkanları haqqında qonaqlara ətraflı məlumat verdi. Qeyd etdi ki, Azərbaycan öz turizm potensialını tanıtmaq məqsədilə mütəmadi olaraq beynəlxalq turizm sərgilərində iştirak edir. Ölkəmizdə turizmin inkişafı üçün hər bir şərait mövcuddur: “Məqsədimiz turizmi iqtisadiyyatın əsas sahələrindən birinə çevirməkdir. Dövlət tərəfindən də bu sahəyə diqqət ayrılıb və ölkə başçısı bu istiqamətdə müəyyən addımların atılması üçün qəti göstərişlər verib”.

Nazir diqqətə çatdırdı ki, bu gün təkcə paytaxt Bakı deyil, bölgələrimizin də çoxlu sayda turist qəbulu üçün potensialı var. “ŞahdağTurizm Mərkəzi, Naftalandakı müasir səviyyəli sanatoriya və hotellər, “Qalaaltı HotelSpakompleksi, cənub bölgəsində yerləşən istirahət mərkəzləri turistlərin xidmətindədir. Azərbaycanda sağlamlıq, mədəni, biznes, ekoloji, istirahət və əyləncə, dağ, qış və xizək, çimərlik, idman, ov, tarixidini turizm sahələrində turistlərə yüksək səviyyədə xidmət təklif olunur. Qərblə Şərqin ekzotikasını özündə birləşdirən Azərbaycanda turistlərin həm Qərb, həm də Şərqi hiss etmələri üçün bütün imkanlar mövcuddur.

Sonra nazir rusiyalı media mənsublarının ölkəmizdəki hotellər, qiymətlər və xidmətlər haqqında suallarını cavablandırdı. Bildirildi ki, Azərbaycanın Ermənistan tərəfindən işğal olunan Dağlıq Qarabağ bölgəsi və ona bitişik yeddi rayonu həm də geniş turizm potensialına malik regiondur. Nazir Rusiya KİV-lərinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ məsələsində tərəfsiz mövqe tutacaqlarına, həqiqətləri əks etdirəcəklərinə əminliyini ifadə etdi.

Qeyd edək ki, ölkəmizə səfərə gələn Rusiya nümayəndə heyətinə “RİA Novostiagentliyi, “Komsomolskaya pravda” qəzeti, “Exo Moskviradiosu, “My way”, “National Geographic”, “Cosmopolitan”, “Otdoxni” jurnalları, “Vesti.Turizm”, “Moskovskaya pravda- travel.ru”, “Qazeta.ru”, “TTG”, “100 doroqkimi media qurumlarının əməkdaşları daxildir.

Rusiyalı jurnalistlərin səfər proqramı Bakı, Şəki, Naftalan şəhərlərini, Şamaxı, Qəbələ, Göygöl rayonlarını əhatə edib. Xatırladırıq ki, səfərin təşkilinə Azərbaycanın Rusiyadakı turizm nümayəndəliyi olanTour A Vent” şirkəti tərəfindən dəstək göstərilib.

 

Lalə

 

Mədəniyyət.- 2016.- 15 aprel.- S. 5.