“Kinematoqrafiya
haqqında” yeni qanun
layihəsi hazırlanır
Milli Məclisin Mədəniyyət komitəsinin iclasında yeni hazırlanan “Kinematoqrafiya haqqında” qanun layihəsinə dair müzakirələr aparılıb. Müzakirələrdə çıxış edən mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev deyib ki, bu sahədə mövcud qanun 1998-ci ildə qəbul olunub və günün tələblərinə artıq cavab vermir. Diqqətə çatdırılıb ki, layihə rəy üçün ekspertizaya göndərilib və sənədlə bağlı iş tamamlandıqdan sonra geniş müzakirəyə çıxarılacaq.
İclasda “Kitabxana
işi haqqında” qanunun
müasir tələblər baxımından
yenilənməsi ilə də bağlı fikir
mübadiləsi aparılıb. Çıxış edənlər
bu sahədə qanunvericiliyin
təkmilləşdirilməsini vacib
sayıblar.
Mədəniyyət.- 2016.- 15
aprel.- S. 5.