Fransız bəstəkardan
ölkəmizə dəstək
“Mənim fikrim Qarabağ həsrəti ilə yaşayan Azərbaycan xalqının yanındadır”
Fransız bəstəkarı Pyer Tiloy son günlər Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində yaranmış gərginliklə bağlı açıqlama verib.
O deyib: “Mənim
fikrim öz doğma yurduna qayıda
bilməyən, yaxınlarını itirən, əcdadlarının
torpağında sərbəst gəzə bilməyən,
qaçqın düşərgələrində yaşayan, torpaqlarını yalnız uzaqdan seyr edən, həyatdan
həzz ala bilməyən, hər gün Qarabağ həsrəti ilə yaşayan
Azərbaycan xalqının yanındadır. Artıq uzun müddətdir ki, incəsənət,
xüsusilə musiqi vasitəsilə bu münaqişə haqqında məlumatlılığı
artırmağa çalışıram. Mənim bəstələdiyim
“Xocalı 613” əsəri elə bir
ruhdadır ki, bu,
qurbanların xatirəsinə aid əbədi
duadır. Xocalı qurbanları heç zaman unudulmayacaq”.
Mədəniyyət.- 2016.- 15
aprel.- S. 3.