Qlobal Foruma yüksək
səviyyədə hazırlıq görülür
Mədəniyyət və turizm naziri BMT baş katibi müavininin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb
Aprelin 14-də Mədəniyyət və
Turizm Nazirliyində BMT-nin
baş katibinin siyasi məsələlər üzrə müavini Cefri Feltmanın
rəhbərlik etdiyi nümayəndə
heyəti ilə görüş keçirilib.
Qonaqları salamlayan mədəniyyət və turizm naziri Əbülfəs Qarayev nümayəndə heyətinin ölkəmizə səfərini yüksək qiymətləndirib.
25-27 aprel tarixində Bakıda keçiriləcək BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun əhəmiyyətinə toxunan nazir, mötəbər tədbirə ev sahibi ölkə kimi Azərbaycanın yüksək səviyyədə hazırlıq işləri gördüyünü diqqətə çatdırıb.
Əbülfəs Qarayev BMT-nin baş katibi Ban Ki Moonun ölkəmizə gözlənilən səfərindən də söz açıb.
Prezident İlham Əliyev tərəfindən 2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili” elan olunduğunu deyən nazir qeyd edib ki, Qlobal Foruma ev sahibliyi edən ölkənin həmin ili BMT-nin Sivilizasiyalar Alyansının ideyalarına həsr etməsi BMT-nin Sivilizasiyalar Alyansının tarixində ilk belə hadisədir. Vurğulanıb ki, Azərbaycan multikultural və tolerant ənənələri özündə daşıyan nümunəvi bir ölkə kimi dünyada tanınır və qarşıdakı forum bunun bir daha təsdiqi olacaq.
BMT-nin baş katibinin müavini Bakıda gördüklərinin onda xoş təəssürat yaratdığını bildirib. Söhbət zamanı bir sıra maraq doğuran məsələlər müzakirə olunub.
Görüşdə Azərbaycanın BMT-dəki
daimi nümayəndəsi Yaşar
Əliyev də iştirak edib.
Mədəniyyət.- 2016.- 15
aprel.- S. 2.