Uşaq incəsənət məktəbində yeni not və kitabların təqdimatı

 

Aprelin 15-də Fikrət Əmirov adına 6 saylı onbirillik uşaq incəsənət məktəbində “Azərbaycan bəstəkar və musiqişünaslarının yeni çap olunan not və kitabları” layihəsinin təqdimatı oldu.

 

Tədbiri məktəbin direktoru, bəstəkar, Əməkdar müəllim, professor Adilə Yusifova açaraq şagirdlərin bilik və bacarıqlarının, dünyagörüşlərinin artırılması üçün alınan yeni nəşrlərdən danışdı. Qeyd etdi ki, bəstəkarlar Sevda İbrahimovanın, Elnarə Dadaşovanın əsərlərinin yeni notları və görkəmli bəstəkar və musiqişünaslar haqqında broşürlər məktəbin kitabxanasına təqdim edilib.

Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi, professor Zemfira Qafarova çıxış edərək yeni not layihələri və broşürlərin əhəmiyyətindən danışdı. Bildirdi ki, bu qəbildən vəsaitlər şagirdlərin musiqiyə olan marağını və dünyagörüşünü artırır, klassikmüasir musiqi əsərlərinə düzgün münasibət formalaşdırır. Şagirdlər dinlədikləri, ifa etdikləri musiqi əsərlərinin müəlliflərini tanıyacaq və onlar haqqında təqdimatlar edəcəklər.

Sənətşünaslıq üzrə elmlər doktoru, professor Ceyran Mahmudova, Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi Sərdar Fərəcov, bəstəkar, pianoçu Rəna Qədimova, sənətşünaslıq namizədi, dosent Lalə Cəfərova çıxış edərək yeni nəşrlərin əhəmiyyətindən bəhs etdilər.

Çıxışlardan sonra söz musiqiyə verildi. Əməkdar artistlər Sahib Paşazadə, Ülviyyə Hacıbəyova, Gülnaz İsmayılova beynəlxalq müsabiqələr laureatı Səidə Tağızadənin ifasında F.Əmirovun “Min bir gecəbaletindənOrgiya”, A.RzayevinDüşüncə”, “Qaytağı”, S.HacıbəyovunGülşənbaletindənAdajio”, Q.QarayevinEskiz”, NiyazininVals”, habelə məktəb şagirdlərinin ifasında V.Adıgözəlovun “Lay-lay”, C.Cahangirovun “Rondo”, F.ƏmirovunAzərbaycan dağlarında”, “ çiçəyimmahnıları ifa olundu.

Sonda məktəbin direktoru A.Yusifova tədbir iştirakçılarına təşəkkürünü bildirdi.

 

Savalan Fərəcov

 

Mədəniyyət.- 2016.- 20 aprel.- S. 7.