Sehrli şeypurun nəğməsi
və ya yarımçıq qalmış
simfoniya
«Zamanla üz-üzə» IV müasir musiqi layihəsinin 2016-cı konsert mövsümünün bahar bölümü aprelin 15-də başa çatdı. «XIX və XX əsr sınırında» adlı konsert Azərbaycan Dövlət Filarmoniyasında gerçəkləşdi. Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri baş dirijor və bədii rəhbər, Xalq artisti Rauf Abdullayevin idarəsi ilə görkəmli bəstəkar Qustav Malerin əsərlərini səsləndirdi.
51 il ömür sürmüş Qustav Maler 1860-cı ildə Avstriya-Macarıstan imperiyasında, Bohemada dünyaya gəlib, Vyana Konservatoriyasını dirijor və bəstəkar ixtisasları üzrə bitirib. Sonra Avropa opera teatrlarında dirijor kimi çalışır, xüsusilə Motsart və Vaqner operalarının interpretasiyası Malerə böyük şöhrət gətirir.
Təəssüf ki, bir sıra çoxtərəfli dahilər kimi Malerin də bəstələdiyi
əsərlər, xüsusən də simfonik
yaradıcılığı layiqincə qiymətləndirilmir.
Bəlkə də onu Avropadan
küsdürüb okeanın o tayına aparan bir səbəb də elə öz
yaradıcılığına daha geniş meydan
axtarışı olub. Maler ömrünün sonlarında
Nyu-York Metropoliten Operasında və Nyu-York filarmoniyasında dirijor olaraq çalışır. Bəstəkarın vəfatından sonra Avropada nasizm hökmranlığı başladığından
yəhudi mənşəli
Malerin əsərləri
qadağan edilir və layiq olduğu
şöhrəti illər
sonra qazanır.
Konsertdə ilk ifa edilən 10-cu simfoniya Q.Malerin son əsərlərindən biri,
həm də yarımçıq qalmış
bəstəsidir. Bununla belə maestro R.Abdullayevin
idarə etdiyi orkestrin ifasında simfoniya dolğun və bitkin əsər təəssüratı
bağışladı. Müəllif sanki yaradıcılığı
boyu bəstəkar kimi qazana bilmədiyi
istedad etiraflarından
dolayısı topladığı
bütün acılarını,
nisgilini bu əsərə toplamışdı.
Konsertdə səsləndirilən ikinci
əsər isə
1805-ci və 1808-ci illərdə
tədqiqatçıların toplayıb dərc etdikləri 12 qədim alman mahnısının mətninə yazılmış
«Oğlanın sehrli şeypuru» («Des Knaben Wunderhorn») vokal-simfonik əsəri idi. Kişi
və qadın səsləri üçün
yazılmış bu əsəri «Zamanla üz-üzə» musiqi layihəsinin daimi iştirakçısı, Əməkdar
artist Fəridə Məmmədova
və güclü bariton səsi ilə Azərbaycan operasevərlərinin rəğbətini
qazanmış Anton Ferştand
ifa etdilər.
Sonda onu da qeyd edək
ki, «Zamanla üz-üzə» IV müasir
musiqi layihəsinin payız konsertləri noyabrda başlayacaq.
G.Mirməmməd
Mədəniyyət.- 2016.- 20
aprel.- S. 4.